Linux

Linux şəbəkə interfeyislərinin konfiqurasiyası

Salam əziz oxucular, bu gün sizə Linux distrolarında şəbəkə interfacelərini konfiq etmək üçün məqalə hazırlayacam. Linux əməliyyat sistemində şəbəkə konfiqurasiyası və parametrləri müxtəlif fayl və qovluqlardan istifadə etməklə həyata keçirilir. Bu fayllar şəbəkə əlaqələri, IP ünvanları, DNS parametrləri və digər şəbəkə konfiqurasiyaları kimi məlumatları ehtiva edir. Linux-da çox istifadə olunan şəbəkə konfiqurasiya faylları bunlardır Debian əsaslı Linux distrolarda (məsələn, Ubuntu) “interfeyslər” faylı şəbəkə konfiqurasiyası üçün istifadə olunur. Şəbəkə interfeysləri və əlaqə növləri bu faylda konfiqurasiya edilmişdir. Məsələn, aşağıdakı /etc/network/interfaces faylında “eth0” adlı şəbəkə interfeysi üçün statik IP ünvanı konfiqurasiya edilmişdir 

/etc/network/interfaces

# The loopback network interface
auto lo
iface lo inet loopback
# The primary network interface
auto eth0
iface eth0 inet static
address 192.168.1.100
netmask 255.255.255.0
gateway 192.168.1.1
dns-nameservers 8.8.8.8 8.8.4.4

Bu nümunədə “eth0” interfeysi üçün statik IP ünvanı (192.168.1.100), alt şəbəkə maskası (255.255.255.0), şlüz ünvanı (192.168.1.1) və DNS serverləri (Google Public DNS) yazılmışdır.

/etc/sysconfig/network-scripts/ifcfg-<interface>

Red Hat əsaslı Linux distrolarda (məsələn, CentOS və Fedora) “ifcfg” faylından şəbəkə konfiqurasiyası üçün istifadə olunur. Hər bir şəbəkə interfeysi üçün ayrıca ifcfg faylı var. Məsələn, “ifcfg-eth0” faylında “eth0” adlı şəbəkə interfeysini konfiqurasiya edə bilərsiniz.

# /etc/sysconfig/network-scripts/ifcfg-eth0
DEVICE=eth0
TYPE=Ethernet
ONBOOT=yes
BOOTPROTO=static
IPADDR=192.168.1.100
NETMASK=255.255.255.0
GATEWAY=192.168.1.1
DNS1=8.8.8.8
DNS2=8.8.4.4

Bu nümunədə statik IP ünvanı (192.168.1.100), subnet maskası (255.255.255.0), default gateway (192.168.1.1) və DNS serverləri (Google Public DNS) “eth0” interfeysi üçün eyni şəkildə konfiqurasiya edilmişdir.

/etc/resolv.conf

Bu faylda DNS confiqləri var. DNS serverlərinin IP ünvanları burada göstərilir.

# /etc/resolv.conf
nameserver 8.8.8.8
nameserver 8.8.4.4

Bu nümunədə Google Puplic DNS (8.8.8.8 və 8.8.4.4) IP ünvanları DNS serverləri kimi göstərilmişdir.

/etc/hosts
Bu fayl local IP adresləri və onlara təyin edilmiş host adları arasındakı əlaqələri müəyyən edir.

# /etc/hosts
127.0.0.1 localhost
192.168.1.100 myserver

Bu nümunədə “myserver” adlı host 192.168.1.100 IP ünvanlı server təyin edilmişdir.

IP ünvanına baxış və konfiqurasiya etmək üçün
Linux-da IP adresinə baxmaq və konfiqurasiya etmək üçün “ifconfig” və ya “ip” komandasından istifadə edə bilərsiniz.

ifconfig komandası

Bu komanda mövcud şəbəkə interfeyslərinin statuslarını və IP adreslərini göstərəcək. Bununla belə, bəzi Linux distrolarında “ifconfig” artıq standart olaraq quraşdırılmaya bilər və əvəzinə “ip” komandasına üstünlük verilir.

ip komandası

ip addr show
# və ya
ip a

Bu komanda “ifconfig” komandasının əvəz edən daha yeni komandadır. Siz “ip addr show” və ya “ip a” komandası ilə şəbəkə interfeyslərinin məlumatlarını və İP adreslərini görə bilərsiniz.

ip addr komandası 

IP adresini konfiqurasiya etmək üçün aşağıdakı komandadan istifadə edə bilərsiniz:

sudo ip addr add 192.168.1.100/24 dev eth0

Yuxarıdakı komanda “eth0” interfeysinə 192.168.1.100 IP ünvanını və 24 bitlik və default gateway,subnet (255.255.255.0) təyin edir.

Bəs Şəbəkə bağlantısının aktivləşdirilməsi və ya deaktiv edilməsi prosesi necə olur? Şəbəkə bağlantısını aktivləşdirmək üçün siz “ifconfig” və ya “ip” komandalarından, həmçinin “ifup” və ya “ip link set” komandalarından istifadə edə bilərsiniz.

ifup komandası

sudo ifup eth0

Bu komanda “eth0” adlı şəbəkə interfeysini aktiv edilir.

ip link set komandası

sudo ip link set eth0 up

Bu komanda “eth0” adlı şəbəkə interfeysini işə salır.

Şəbəkə bağlantısını söndürmək üçün “ifdown” və ya “ip link set” komandalardan, həmçinin “ifconfig” və ya “ip” komandalarından istifadə edə bilərsiniz.

ifdown komandası

sudo ifdown eth0

Bu komanda “eth0” adlı şəbəkə interfeysini deaktiv edir.

ip link set komandası

sudo ip link set eth0 down

Bu komanda “eth0” adlı şəbəkə interfeysini deaktiv edir.

Bəs şəbəkə routuna baxmaq və konfiqurasiya etmək üçün “route” və ya “ip route” komandasından istifadə edə bilərsiniz.

route komandası

route -n

Bu komanda sistemdəki cari şəbəkə routunu və şlüz ünvanlarını göstərir.

ip route komandası

ip route show

Bu komanda “route” komandanı əvəz edir və daha ətraflı çıxış verir.

Şəbəkə routunu konfiqurasiya etmək üçün, məsələn, 192.168.1.0/24 şəbəkəsi üçün 192.168.0.1 şlüz vasitəsilə routing , siz “ip route” komandasından aşağıdakı kimi istifadə edə bilərsiniz

sudo ip route add 192.168.1.0/24 via 192.168.0.1

Yuxarıdakı komanda 192.168.1.0/24 şəbəkəsinə routing üçün 192.168.0.1 şlüzünü müəyyən edir.

iwconfig komandası

iwconfig komandası Wi-Fi şəbəkə interfeyslərini konfiqurasiya etmək və məlumatı göstərmək üçün istifadə olunur.

iwconfig
eth0 no wireless extensions.
wlan0 IEEE 802.11 ESSID:"MyWiFi" 
Mode:Managed Frequency:2.437 GHz Access Point: AB:CD:EF:12:34:56 
Bit Rate=72.2 Mb/s Tx-Power=20 dBm 
Retry short limit:7 RTS thr:off Fragment thr:off
Power Management:off
Link Quality=70/70 Signal level=-30 dBm 
Rx invalid nwid:0 Rx invalid crypt:0 Rx invalid frag:0
Tx excessive retries:0 Invalid misc:0 Missed beacon:0
lo no wireless extensions.

Yuxarıdakı nümunə qoşulduğu şəbəkənin adını (ESSID), “wlan0” simsiz şəbəkə interfeysinin tezliyini və digər xüsusiyyətlərini göstərir. Bu yazıda mən Linux-da şəbəkə əməliyyatlarını, şəbəkə interfeyslərini konfiqurasiya etməyi, IP ünvanlarını və DNS parametrlərini idarə etməyi, şəbəkə əlaqələrini yoxlamağı, şəbəkə marşrutlarını konfiqurasiya etməyi və digər şəbəkə əməliyyatlarını izah etməyə çalışdım.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button