Salam əziz oxucular, bu gün sizə CMOS bateriya haqqında danışacağıq.CMOS batareyası (Complementary Metal-Oxide-Semiconductor) kompüterin ana platasında yerləşən kiçik bir batareyadır.
Bu batareya əsasən kompüterin bəzi vacib məlumatlarını saxlamaq üçün istifadə olunur: CMOS batareyası kompüterin düzgün işləməsi üçün mühüm əhəmiyyət kəsb edir. Onun dəyişdirilməsi isə sadə bir prosesdir və ev şəraitində də həyata keçirilə bilər. Əgər kompüteriniz tez-tez BIOS parametrlərini və ya vaxtı unudursa, bu, batareyanın boşaldığının əlaməti ola bilər. Düzgün təlimatları izləyərək batareyanı dəyişdirməklə bu problemi asanlıqla həll edə bilərsiniz. CMOS bateriyası nədir sualı çıxır ortaya Sistem saatı və tarixini Kompüterin elektrikdən ayrıldığı vaxtlarda belə doğru saat və tarixi qoruyub saxlayır. Digəri isə BIOS parametrlərini yadda saxlayır. Ana platanın əsas giriş-çıxış sistemi (BIOS/UEFI) ilə əlaqəli konfiqurasiya məlumatlarını yaddaşda saxlayır. Bu parametrlərə boot sıralaması, hardware parametrləri və s. daxildir.CMOS bateriyasının işləmə prinsipi aşağıdakı kimdir.CMOS batareyası sistemin elektrikdən ayrıldığı zaman belə bu məlumatların saxlanılmasına kömək edir. Əgər batareya boşalırsa, aşağıdakı problemlər baş verə bilər.
CMOS batareyasının ömrü adətən 3-5 il arasında dəyişir. Batareya mütəmadi olaraq boşaldığı üçün bu müddət dolduqda dəyişdirilməsi tövsiyə olunur. Batareyanın tez-tez dəyişdirilməsinə ehtiyac yoxdursa, onu yalnız problem yarandıqda dəyişmək kifayətdir.
Kompüter açıldıqda saat və tarix sıfırlanır. BIOS parametrləri reset olunur. Sistemin açılışı zamanı "CMOS Checksum Error" və ya "Time and Date Not Set" kimi mesajlar görünə bilər.
Bəs CMOS batareyasının dəyişdirilməsi prosesi necə baş verə bilər? CMOS batareyasını dəyişdirmək nisbətən sadə bir prosesdir və adətən xüsusi texniki biliklər tələb etmir. Bunun üçün aşağıdakı addımları izləyərək dəyişə bilər.Yeni CMOS batareyası (adətən CR2032 tipi istifadə olunur).Bu prosesi etmək üçün Kompüteri tamamilə söndürün və elektrik kabelini çıxarın və sonra Laptopdursa, batareyanı da çıxarın (əgər batareya ayrılırsa). PC-də isə Kompüterin qutusunu açın və Köhnə CMOS batareyasını çıxarın və Ana platanın üzərində yerləşən batareyanı tapın. Adətən, dairəvi və metal halqanın içində olur.Batareyanı çıxarmaq üçün batareyanın saxlandığı klipi diqqətlə sıxın və batareyanı yavaşca çıxarın.Çıxardıqdan sonra Yeni batareyanı eyni yerə, müsbət (+) tərəf yuxarıda olacaq şəkildə yerləşdirin Batareyanın düzgün oturduğundan əmin olun ki, bu prosesi bitirdikdən sonra son olaarq edəcəyim qayda BIOS parametrlərini yenidən konfiq etmək laızmdır.Kompüteri işə saldıqdan sonra BIOS-a (adətən “Del” və ya “F2” düyməsi ilə) daxil olun. Sistem vaxtını, tarixini və digər parametrləri yenidən düzəldin.Dəyişiklikləri F10 ilə yadda saxlayın və sistemi yenidən başladın