Salam əziz dostlar, bu gün sizə Rocky Linux 9-da Apache Veb Serverinin quraşdırılması haqqında məlumat yazacağam.Apache Veb Serverinin quraşdırılması,vacibdir xüsusən də veb proqramlaşdırma ilə məşqul olanlar üçün əsas bilməlidir. Rocky Linux 9, təhlükəsiz və stabil əməliyyat sistemi olaraq, veb servisləri yerləşdirilməsi üçün əla seçimdir. Bu məqaləmdə Rocky Linux 9-da Apache-ni necə quraşdırmaq və konfiqurasiya etmək barədə addım-addım bəhs edəcəm.
Addım 1: İlkin tələblər
Rocky Linux 9 qurulu sistem
Terminal (Ctrl-Alt-T və ya Ctrl-Alt-F2)
root və ya sudo icazələri
Addım 2: Sisteminizi Yeniləyin
Sisteminizin ən son paketlər və təhlükəsizlik paketlər ilə güncəl olduğundan əmin olun. Bu, aşağıdakı əmrdən istifadə etməklə edilə bilər:
sudo dnf update -y
Addım 3: Apache quraşdırın
Apache standart Rocky Linux depolarında mövcuddur. Onu dnf paket menecerindən istifadə edərək quraşdıra bilərsiniz:
sudo dnf install httpd -y
Quraşdırma tamamlandıqdan sonra siz Apache servisini işə sala bilərsiniz:
sudo systemctl start httpd
Apache-nin krestartdan sonra avtomatik başlamasını üçün aşağıdakı komandadan istifadə edin:
sudo systemctl enable httpd
Addım 4: Firewall-u konfiqurasiya edin
Əgər firewall aktivdirsə, HTTP və HTTPS trafikinə icazə verməlisiniz. Buna aşağıdakı əmrlərlə nail olmaq olar:
sudo firewall-cmd –permanent –zone=public –add-service=http
sudo firewall-cmd –permanent –zone=public –add-service=https
sudo firewall-cmd –reload
Addım 5: Apache quraşdırılmasını yoxlamaq üçün
Quraşdırmanı tamamladıqdan sonra veb brauzerdə serverinizin IP ünvanına keçməklə onu sınaqdan keçirə bilərsiniz. Siz standart Apache Rocky Linux xoş gəlmisiniz səhifəsini görməlisiniz.
Addım 6: Apache servisini idarə edin
Siz Apache servisini aşağıdakı systemctl komandası ilə idarə edə bilərsiniz:
sudo systemctl stop httpd
sudo systemctl start httpd
sudo systemctl restart httpd
sudo systemctl status httpd
Əgər quraşdırma uğurlu oldusa aşağıdakı kimi səhifə açılacaq.
Bu komanda ilə müvafiq olaraq Apache serverini dayandıracaq, işə salacaq, yenidən işə salacaq və statusunu yoxlamaq lazımdır.