Linux

Linux Root iyerarxiyası

Linux sistemlərini daha yaxından öyrənmək üçün ilk addım sistemin fayl sistemi iyerarxiyasını anlamaqdan keçir. Linux-un fayl sistemi “FHS” (Filesystem Hierarchy Standard) üzərində qurulmuşdur və bu iyerarxiya bütün Linux distroları üçün vahid bir struktur təmin edir.

Root Iyerarxiyası (“/”) nədir?

Linux fayl sistemi “/” adlanan root qovluqdan başlayır. Bu root direktoriyası sistemin işləməsi üçün vacib olan bütün fayl və qovluqları saxlayır. İyerarxiyanı bir ağac kimi təsəvvür edin — root bu ağacın bərkidiyi yerdir, budaqları isə müxtəlif qovluqlardır.

Linux fayl sisteminin əsas qovluqları

Root iyerarxiyasında hər bir qovluq spesifik bir funksiyanı yerinə yetirir. Gəlin bu qovluqların əsas funksiyalarına nəzər salaq

  1. / Bu, bütün fayl sisteminin başlangıc mərzidir. Sistemdəki bütün fayl və qovluqlar buradan saxlanılır.
  2. /bin Əsas əmr və proqram faylları buradadır. Sistemin minimal rejimdə işləməsi üçün zəruri olan æmr faylları (məsələn, ls, cp, cat, mkdir) bu qovluqda saxlanır.
  3. /sbin Administrasiya əmrləri üçün nəzərdə tutulan proqramlar buradadır. Məsələn, reboot, shutdown, fsck bu qovluqda yer alır.
  4. /etc Konfiqurasiya faylları burada saxlanılır. Sistemə aid əsas təyinatlar (məsələn, passwd, fstab, hosts) bu qovluqda tapılır
  5. /home Bu qovluq adi istifadəçilərin şəxsi fayl və direktoriyalarını saxlayır. Hər bir istifadəæiyə aid qovluq, məsələn, /home/user1, burada yaradılır.
  6. /lib Sistem proqramlarının əməliyyatı üçün lazım olan dinamik kitabxanalar saxlanılır. Hər bir əsas proqram bu kitabxanalara ehtiyac duyur.
  7. /boot Sistemin yükləmə prosesi üçün vacib olan fayllar buradadır. Məsələn, Linux kernel faylları (vmlinuz), initrd faylları və bootloader konfiqurasiyaları burada saxlanılır
  8. /tmp Müvəqqəti fayllar üçün nəzərdə tutulmuş qovluqdur. Sistem yenidən başladıqda bu qovluqda olan fayllar avtomatik silinir.
  9. /dev Cihaz fayllarını saxlayan qovluqdur. Disklər, USB cihazları, terminal cihazları kimi cihazlar burada fayl kimi təmsil olunur. Məsələn, dev/sda1 bir disk parçasını təmsil edir.
  10. /mnt və /media Disklərin və ya çıxarıla bilən cihazların montaj edildiyi yerlərdir. mnt daha æsas montajlar üçün, media isə USB, CD/DVD kimi cihazlar üçün istifadə olunur.
  11. /usr Sistem istifadəæisinin proqram faylları və kitabxanaları burada saxlanır. Çox vaxt usr/bin və usr/lib qovluqları proqram faylları və kitabxanalar üçün geniş şəkildə istifadə olunur.
  12. /var Dinamik dəyişən sistem faylları üçün ayrılmış qovluqdur. Log faylları, keş faylları, e-poçt məlumatları kimi məzmunlar burada saxlanır.
  13. /proc Bu, virtual fayl sistemidir və sistemin cari prosesi, kernel parametrləri haqqında məlumat verir. Bu qovluqda olan fayllar sistemi idarə etmək üçün çox vacibdir.
  14. /sys Cihazlar və kernel interfeysi haqqında məlumat saxlayan virtual fayl sistemidir.
  15. /opt Bu qovluq özəl proqramlar və ya tətbiqlər üçün ayrılmış bir sahədir.
  16. /root Bu, sistem administratorunun (root istifadəæisinin) şəxsi qovluğudur.
  17. /run Sistemin cari görüşünün müvəqqəti fayllarını saxlayan qovluqdur.

 

Nə üçün Root iyerarxiyası vacibdir gəlin ona baxaq sizlə birgə  Linux fayl sistemi iyerarxiyası sistem administrasiyası, proqram tətbiqi, və hətta təhlukəsizlik bəhsində olduqca vacibdir. Bu iyerarxiyanı öyrənməklə siz

  • Faylların harada saxlandığını daha asan tapa bilərsiniz.
  • Sistem problemini daha tez həll edə bilərsiniz.
  • Sistemdə lazımsız dəyişikliklər etməkdən qaçınırsınız.

Linux root iyerarxiyası sistemin təməlinə aid bır mövzudur. Bu strukturun tam olaraq anlaşılması sistem administrasiyasından proqramçılığa qədər hər kəs üçün vacibdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button