Kibertəhlükəsizlik

WI-FI təhlükəsizliyini necə təmin etmək olar?

Kiberhücumların ümumiyyətlə pul məqsədi ilə həyata keçirildiyi düşünülsə də, bir çox başqa məqsədlər üçün də həyata keçirilir.

Salam əziz dostlar, bu gün sizə wi-fi şəbəkələrin necə təhlükəsiz edə bilərik haqqında danışacağıq.Biz wi-fi şəbəkələrdən hər gün daha çox istifadə etməyə başladıq. İndi bütün yaşayış yerlərimizdə simsiz şəbəkə mövcuddur. Bundan əlavə, biz indi bu şəbəkələrə təkcə kompüterlərlə deyil, həm də bir çox qurğularla qoşuluruq. Bu, həyatımızı inanılmaz dərəcədə asanlaşdırsa da, müəyyən riskləri də gətirir.

Texnologiyanın inkişafı ilə wi-fi şəbəkələr təkcə evdə və ya iş yerlərində deyil, bir çox yerdə  mövcuddur. Bu şəbəkələr bizim üzümüzə dünya qapılarını açsa da, diqqət yetirilmədikcə fərqli problemlər də yarada bilər. Təhlükəsizlik tədbirləri artdıqca kiberhücumlar da artır. Bu səbəbdən istifadəçilərin diqqətli olması lazımdır.

Kiberhücumların ümumiyyətlə pul məqsədi ilə həyata keçirildiyi düşünülsə də, bir çox başqa məqsədlər üçün də həyata keçirilir. Məsələn, onlar birbaşa şəbəkədə ünsiyyətinizi dinləyə və ya şəxsi fayllarınızı kopyalaya bilərlər. Bütün bunlara məruz qalmamaq üçün bəzi sadə ehtiyat tədbirlərinə əməl etməlisiniz.

1-ci qayda

wi-fi şəbəkə adınızı dəyişin
Bu yazıda və digər məqalələrdə təqdim edəcəyimiz bütün məlumatların əsası ondan ibarətdir ki, istifadə etdiyiniz texnologiyalar haqqında mümkün qədər kənar məlumat verməməlisiniz. Sizin və ya istifadə etdiyiniz texnologiyalar haqqında kifayət qədər məlumatı olan hücumçular daha uğurlu olacaqlar. Bu səbəbdən əvvəlcə wi-fi şəbəkənizin adını dəyişin. Bunun səbəbi standart wi-fi şəbəkə adlarının cihaz adı və model nömrələri olmasıdır. Bu məlumatı dəyişdirmək və şəxsi ad qoymaq ən yaxşı seçimdir.

2-ci qayda

wi-fi şəbəkəniz üçün güclü şifrələrdən  istifadə edin
Bu gün şəxsən ala biləcəyiniz ən faydalı tədbir güclü paroldan istifadə etməkdir. Yalnız simsiz şəbəkəniz üçün deyil, həm də parol təyin etdiyiniz hər yerdə güclü parollar təyin etməyiniz yaxşı olardı.Biz ümumiyyətlə yadda saxlamağı asanlaşdırmaq üçün mənalı parollardan istifadə edirik. Amma bu düzgün istifadə deyil. Ən güclü parollar böyük və kiçik hərflərdən, xüsusi simvollardan və rəqəmlərdən ibarət parollardır. Bundan əlavə, onun mənasız və ya sırasız olması ekstraktı təhlükəsiz edir.

wi-fi  şəbəkə şifrələmə daha güclü şifrələmə alqoritimini  aktivləşdirin
Şəbəkənizi daha təhlükəsiz etmək üçün şifrələmə dillərindən birini istifadə edə bilərsiniz. Bununla belə, bu dillərin hamısının eyni səviyyədə qorunma təmin etmədiyinə diqqət yetirməlisiniz. WEP və WPA kimi dillər artıq köhnəlmişdir, çünki onlar olduqca köhnədir. Buna görə də, əgər modeminiz onu dəstəkləyirsə, daha çox təhlükəsizlik təklif edən WPA2-AES dilindən istifadə edərək şəbəkənizi şifrələyin.

Bu qədər yazdıq.Bəs bu şifrələməni necə aktivləşdirmək olar?

Web brauzer üzərindən routerin İdarə panelinə giriş edirik.routerin IP ünvanına (adətən 192.168.1.1 və ya 192.168.0.1 modellərə uyğun olaraq fərqli İP adreslərdə var) daxil olduqdan sonra ekranda İstifadəçi adı və parol bölməsi açılacaq. Siz modeminizin modelinə uyğun olaraq  İstifadəçi adı və parol (standart olaraq admin/admin və ya admin/password) ilə daxil olun. Modem interface-ə daxil olduqdan sonra Standart parolu dəyişdirmək təhlükəsizlik baxımından vacibdir.WI-FI adını dəyişmək üçün Şəbəkə parametrlərinə keçid edin Simsiz (Wireless) və ya Təhlükəsizlik (Security) bölməsini tapıb, wi-fi adı (SSID) və şifrələmə növü ilə bağlı seçimlər burada olacaq.WPA2-PSK (AES) və ya varsa, WPA3-PSK seçimini seçin.Köhnə modemlərdə WEP və ya WPA1 seçimləri ola bilər siz həmin  şifrələmələrindən istifadə etməyin.Şifrənizin dahada təhlükəsiz etmək üçün Uzun və mürəkkəb bir şifrə təyin edin (ən azı 12 simvol) hərflər, rəqəmlər və simvollar yazın.  tətbiq etdiyiniz dəyişiklikləri yadda saxlayın və routeri yenidən başladın.

Adətən bəzi provaydderlər modemə kənardan girişi aktiv saxlayırlar ki, öz işləri rahat getsin. Amma düşünmürlər ki, öz abunəçiləri ilə yanaşı provayderidə risk altında saxlayırlar.Modeminizin Uzaqdan İdarə Olunmasına İcazə Verməyin
Modem və routerlərdə uzaqdan idarəetmə funksiyası, internet üzərindən cihazın parametrlərinə daxil olmağa imkan verir. Bu, texniki dəstək və ya uzaqdan nəzarət üçün faydalı ola bilər, lakin təhlükəsizlik baxımından ciddi risklər yaradır.Uzaqdan idarəetmə aktiv olduqda, internetdən modeminizin idarəetmə panelinə giriş mümkündür. Təhlükəli şəxslər zəif parolları qıraraq və ya zərərli proqramlardan istifadə edərək cihazınıza daxil olaaraq Şəbəkənizdəki trafiki izləyərək şəxsi və ya iş məlumatlarını oğurlamaq mümkün hala gəlir.Bəs uzaqdan idarəetməni necə deaktiv etmək olar?

Yenədə Brauzer üzərindən outerin IP ünvanını (192.168.1.1 və ya 192.168.0.1) daxil edin.
İstifadəçi adı və şifrənizi daxil edin. Administration, Remote Management və ya Remote Access kimi adlandırılan bölməni tapın.Bölməni tapdıqdan sonra “Enable Remote Management” və ya “Remote Access” seçimini deaktiv edib, dəyişiklikləri yadda saxlaıb modemi restart edin.

Əlavə təhlükəsizlik tədbirləri etmək üçün isə aşağıdakı qaydaları izləyin

Güclü admin parolu: Routerin idarəetmə panelinə daxil olmaq üçün unikal və mürəkkəb parol təyin edin.
Firmware yeniləmələri: Routerin proqram təminatını müntəzəm yeniləyin. Yeniləmələrdə təhlükəsizlik zəiflikləri aradan qaldırılır.
Firewall aktivləşdirin: Routerdə daxili firewall funksiyasını aktivləşdirin.
Uzaqdan İdarəetmə sizə lazımdırsa: Yalnız müəyyən IP ünvanlarından girişə icazə verin və təhlükəsiz bağlantılar üçün VPN istifadə edin

Qeyd: WPA3 şifrələmə metodu Ən müasir və təhlükəsiz şifrələmə metodudur.Daha güclü şifrələmə və şəbəkə qorunmasını təmin edir.Köhnə cihazlar tərəfindən dəstəklənməyə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az