Linux

Vim editorunun qurulması

Salam əziz oxucular, Linux distrolarınında  “vi” və ya “vim” editorları adətən default quraşdırılmış olur, amma ƏS sistemlərdə bu editroarl mövcud olmaya bilər. “Vi” Linux-un əksər versiyalarında mövcuddur, lakin “Vim” (Vi Improved) daha çox imkanlara malik olduğu üçün onun quraşdırılması haqqında  Aşağıda Vim-in necə qurulacağı və ilkin ayarlamaları göstərilib.

1. Vim Quraşdırılması

Vim-i quraşdırmaq üçün istifadə etdiyiniz Linux paylanmasına uyğun olaraq müxtəlif paket menecerlərindən istifadə edə bilərsiniz.

Debian və ya Ubuntu (APT Paket )

sudo apt update
sudo apt install vim
 
 

CentOS və ya RHEL (YUM Paket )

sudo yum install vim

Fedora (DNF Paket )

sudo dnf install vim

Arch Linux (Pacman Paket )

sudo pacman -S vim

2. Vim-in Ayarlanması

Quraşdırıldıqdan sonra, Vim-i düzəlişlər etmək üçün .vimrc konfiqurasiya faylını redaktə edə bilərsiniz. Bu fayl adətən home folderində yerləşir. Əgər mövcud deyilsə, yeni bir .vimrc faylı yarada bilərsiniz.

 

 

Faylı yaratmaq üçün bu əmrdən istifadə edin:

vim ~/.vimrc

3. Vim ayarları üçün fayl məlumatları

Burada bəzi əsas ayarları əlavə edə bilərsiniz:

” Set encoding to UTF-8

set encoding=utf-8

” Enable syntax highlighting

syntax on

” Enable line numbers

set number

” Enable auto indentation

set autoindent

set smartindent

set tabstop=4

set shiftwidth=4

set expandtab

” Enable search highlighting

set hlsearch

” Set the cursor line highlight

set cursorline

” Disable swap file (optional)

set noswapfile

4. Əlavə Pluginlər 

Vim üçün çoxlu pluginlər və əlavə funksiyalar mövcuddur. Pluginləri idarə etmək üçün “Vundle” və ya “Pathogen” kimi plugin menecerlərindən istifadə edə bilərsiniz. Plugin quraşdırmaq üçün əvvəlcə ~/.vimrc faylını konfiqurasiya etməli, daha sonra lazımi pluginləri quraşdırmalısınız.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button