Linux

Linux-da rənglərə əsasən fayl və qovluq növlərini müəyyən edək

Linux-da rənglər əsasən fayl və qovluq növlərini müəyyən etmək üçün istifadə olunur.

Xüsusən də ls –color=auto əmri və ya ls əmri vasitəsilə terminalda rənglər göstərilə bilər. Burada bəzi əsas rənglərin mənaları verilmişdir.Fayl və qovluqun növlərinə görə rənglər aşağıdakı kimidir.

  • Mavi: Qovluqlar (directories).
  • Yaşıl: İcra edilə bilən fayllar (executables və ya scriptlər).
  • Açıq Mavi (Cyan): Simvolik linklər (symbolic links).
  • Qırmızı: Arxivlər və ya sıxılmış fayllar (tar, zip, gzip və s.).
  • Magenta: Sıfır ölçülü fayllar.
  • Sarı (ağ fonlu terminalda qara sarı görünə bilər): Cihaz faylları (block və ya character devices).
  • Qırmızı fonlu qara mətn: Qırılmış (broken) linklər.

Rəng ayarlarını tənzimləmək üçün edəcəyimiz addımalar bunlardır.Rənglər LS_COLORS environment dəyişəni ilə tənzimlənə bilər. Bunun üçün aşağıdakı komandanı istifadə edə bilərsiniz 

echo $LS_COLORS

Bu dəyişən rənglərin hansı növ fayllar üçün tətbiq olunacağını müəyyən edir.Əgər rəngləri görmək istəmirsinizsə, aşağıdakı komandadan istifadə edərək baxa bilərsiniz

ls --color=never

Əgər rəngləri özünüzə uyğun dəyişmək istəyirsinizsə, ~/.bashrc və ya ~/.zshrc faylınıza uyğun olaraq LS_COLORS dəyişənini konfiqurasiya edə bilərsiniz. Bunun üçün dircolors alətindən də istifadə etmək mümkündür

eval $(dircolors)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az