Linux

Linux distrolarda Node.js qurulması

Node.js quraşdırılması

Node.js JavaScript-in server tərəfində işlədilməsini təmin edən, open source kodlu, platformalararası bir proqram təminatıdır. 2009-cu ildə Ryan Dahl tərəfindən hazırlanmışdır və bu gün geniş istifadə olunan backend texnologiyalarından biridir.

Node.js quraşdırılması
Cari Node.js-ni quraşdırmaq üçün əvvəlcə cari faylları özündə saxlayan  repo ünvanı sistemə əlavə edilməlidir.

Red Hat əsaslı əməliyyat sisteminə repo əlavə etmək üçün aşağıdakı komandadan istifadə olunur.

curl –silent –location https://rpm.nodesource.com/setup_8.x | sudo bash –

Repo yeniləməsindən sonra quraşdırma yum ilə həyata keçirilir.

yum install nodejs

Debian əsaslı əməliyyat sisteminə əlavə etmək üçün aşağıdakı komandadan istifadə olunur.

curl -sL https://deb.nodesource.com/setup_8.x | sudo -E bash –

Repo yeniləməsindən sonra quraşdırma apt-get ilə həyata keçirilir.

sudo apt-get install nodejs

nvm başqa üsullar ilə də yüklənə bilər.

Əməliyyat sistemindən asılı olaraq, nvm aləti curl və ya wget istifadə edərək endirilir və quraşdırılır.

curl -o- https://raw.githubusercontent.com/creationix/nvm/v0.33.11/install.sh | bash
wget -qO- https://raw.githubusercontent.com/creationix/nvm/v0.33.11/install.sh | bash

Quraşdırıldıqdan sonra cari Node.js versiyaları npm əmri ilə siyahıya alınır.

nvm ls-remote

Versiya seçildikdən sonra quraşdırma nvm ilə həyata keçirilir.

nvm install versiya nomresi

Sistemdə quraşdırılmış Node.js versiyaları siyahıda görsnir.

nvm ls

Siyahıdan Node.js-ni versiyası  seçməklə aktivləşdirilir.

nvm use versiya nomresi

Quraşdırmanı  tamamlandıqdan sonra aşağıdakı komanda ilə yoxlamaq olar.

node -v

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az