Linux

CPU-dan çox istifadə edən proqramlara limit təyin edilməsi

Salam əziz oxucular,

Bəzən bizdə çox serverimizdə CPU istifadə edən proqramlar  lazım olduğundan daha çox CPU istifadə etməklə bu, sistemin yavaş işləməsinə səbəb ola bilər və digər proqramlara mənfi təsir göstərə bilər. Bu yazıda CPULimit adlı tool-un istifadəsi və təfərrüatları haqqında danışacağam. CPULimit aləti proqramın (prosesin) CPU istifadəsini məhdudlaşdırmaq üçün istifadə olunur. Məsələn, 50% CPU-nu 90% CPU istehlak edən bir proseslə məhdudlaşdıra bilərsiniz və siz proqramı (prosesi) bağlayana qədər CPU istifadəsində qalır.

Niyə İstifadə etməliyəm?

Deyəcək çox şey yoxdur, amma çox yaxşı bir kompüteriniz yoxdursa, bəzi proqramlar CPU-nuzdan istifadə edərək, icazəniz olmadan sistemi şişirdəcək və bu, digər proqramlarınızdan istifadə qabiliyyətinizə mənfi təsir göstərəcək. Buna görə də bu vasitədən istifadə edə bilərsiniz. Bu kimi səbəblər ola bilər.

CPULimit tool-un quraşdırılması

Ubuntu/Linux və Debian üçün;

 

CentOS/Rhel və Fedora üçün;

CPULimit digər mənbələrdən yükləyib  quraşdırılması

Paket menecerindən istifadə etmək əvəzinə aləti mənbə kodundan quraşdırmaq istəyirsinizsə, aşağıdakı addımları izləyə bilərsiniz.

 

CPUlimit Sintaksis görünüşü

Yüksək CPU istifadə prosesinin yaradılması

 

Aşağıdakı əmrdən istifadə edərək, lazım olduğundan daha çox CPU istifadə edən bir proses yaradacağıq və arxa planda işləməsinə icazə verəcəyik. QEYD: Əgər ilk dəfədirsə Problemlə qarşılaşmamaq üçün virtualda  Linux sistemi qaldırıb onun üzərində  edə bilərsiniz.

 

 

Sonra yuxarıdakı komandadan istifadə edərək, hazırda arxa  fonda işləyən prosesləri görə bilərik. Gördüyünüz kimi, həyata keçirdiyimiz proses birinci sıradadır.

 

Arxa fonda işləyən və yüksək CPU istifadə edən md5sum adlı prosesi yenidən konsol ekranına çağırmaq istəyirsinizsə, aşağıdakı əmrdən istifadə edilə bilər. İstəyirsinizsə, CTRL+C kombinasiyasına basaraq prosesi öldürə bilərsiniz.

 

 

CPUlimit ilə CPU İstifadəsini Məhdudlaşdırmaq

Biz əvvəllər yüksək CPU istifadə edən bir proses yaratmışdıq. Biz bu prosesin PID nömrəsini öyrənəcəyik və sonra cpulimit tool-undan istifadə edərək, işləyən prosesi 90% – 50% səviyyəsində məhdudlaşdıracağıq. Proses verdiyimiz dəyəri keçməyəcək. !Arxa fonda işləyən prosesin PID nömrəsini aşağıdakı əmrdən istifadə edərək öyrənə bilərik.

 

İndi CPU-nu  yüksək CPU istifadə etdiyi prosesin PID nömrəsi ilə məhdudlaşdıracağıq. Aşağıdakı əmrdən istifadə edərək CPU-nu 50%-ə qədər məhdudlaşdıra bilərik.

-b : Arxa plana atar.

-l : Limit paremetiri.

-p : PID təyin etmək üçün.

Test üçün md5sum adında prosesin CPU istifadəsinə yenidən TOP komandasından istifadə etməklə baxa bilərik.

 

Əgər məhdud CPU (pidof md5sum) olan bir prosesi öldürmək istəyirsinizsə, PID nömrəsini öyrəndikdən sonra aşağıdakı komandadan istifadə edə bilərsiniz. Proses kill ,

 

Və ya cpulimit tool-u üçün kill texnikası var, siz də istifadə edə bilərsiniz. Amma mənim məsləhətim kill əmrindən istifadə etməkdir, çünki kill əmri daha yaxşı və daha praktikdir. CPULimit tool-un öldürmə qabiliyyəti çox aşağıdır (düzünü desəm, xoşuma gəlmədi).

 

Əgər CPU istifadəsini məhdudlaşdırmaq istədiyiniz run edilə bilən proqramdırsa, aşağıdakı kimi bir əmrdən istifadə edə bilərsiniz. Burada firefox adlı işləyən  proqramın CPU istifadəsi 50% ilə məhdudlaşır.

 

Ətraflı məlumat üçün man səhifəsinə baxa bilərsiniz.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button