Linux

CentOS-un xələfi Rocky Linux haqqında

Bildiyiniz kimi, Red Hat Enterprise CentOS dəstəyinin dayandırdığdan sonra Contos istifadəçiləri alternativlərə üz tutdu və Oracle Linux və Debian kimi distrolar ön plana çıxdı. Bütün bu inkişaflardan sonra Rocky Linux və Alma Linux kimi Red Hat Enterprise kod bazasından istifadə edən əməliyyat sistemləri hazırlanmağa və onların stabil versiyaları bir-bir elan edilməyə başlandı.Rocky Linux Red Hat Enterprise Linux (RHEL) əsaslı bir əlavə açıq mənbə əməliyyat sistemidir. Bu əməliyyat sistemi əsasən serverlər, data mərkəzləri və kritik biznes mühitlərində istifadə olunur. Rocky Linux, 2020-ci ildə CentOS-un gələcək dəstək siyasətindəki dəyişikliklərdən sonra gruplar tərəfindən yaradılıb və hazırda yüksək səviyyədə sabitlik və etibarlılıq təklif edir.

Bəs bu rocky Linux necə yaranıb?
Rocky Linux, CentOS-un 2020-ci ilin dekabrında “Rolling Release” modelinə keçəcəyini elan etməsindən sonra, CentOS-un yaradıcısı Gregory Kurtzer tərəfindən yaradılıb. O, Rocky Linux-u icma tərəfindən idarə olunan və sabitliyə üstünlük verən bir sistem olaraq inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Sistem adı “Rocky”, Gregory Kurtzerin CentOS-un yaradılmasında kömək etmiş mərhum həmkarı Rocky McGaugh-a ehtiram əlaməti olaraq seçilib.

Rocky Linux-un əsas xüsusiyyətləri Rocky Linux, RHEL ilə tam uyğun gəlir, bu da onun RHEL üçün hazırlanmış proqramlar və servislərlə istifadə oluna biləcəyini göstərir.Uzun müddətli dəstək olur Hər bir versiya 10 ilədək təhlükəsizlik və yenilənmə dəstəyi ilə təmin edilir.
Əsasən müəssisə mühitləri üçün nəzərdə tutulub və yüksək səviyyədə sabit işləməyə zəmanət verir.

Rocky Linux-un üstünlüklərinə baxsaq  Pulsuzdur: Rocky Linux açıq mənbə lisenziyası əsasında paylanır, yəni onu yükləmək və istifadə etmək üçün heç bir ödəniş tələb olunmur,Etibarlı mühitlər üçün uyğunluq böyük müəssisələr və məlumat mərkəzləri tərəfindən istifadə üçün hazırlanmışdır və Dəstəkli dünyanın hər yerində geniş bir icma və təcrübəli mütəxəssislər tərəfindən dəstəklənir.

Gəlin birlikdə rocky linux-un İstifadə sahələrinə baxaq
Serverlər – Əsasən veb serverlər, məlumat bazaları, və virtualizasiya mühitləri üçün.
Kritik biznes tətbiqləri –Müəssisələr üçün uzunmüddətli dəstək və sabitlik təqdim edir.
Bulud mühiti – AWS, Azure, və Google Cloud kimi bulud platformalarında istifadə edilə bilər.
Virtualizasiya – KVM, Docker, və Kubernetes kimi texnologiyalarla mükəmməl işləyir.

Rocky Linux-un ümumi xüsusiyyətləri nəzər salaq

  • Linux Kernel 4.18
  • Based on the current stable RHEL 8.3
  • Desktop Environment – GNOME 3.32
  • sqlite 3.26
  • virt-what 1.18
  • samba 4.12.3
  • dnf 4.2
  • rpm 4.14
  • glibc 2.28
  • libgcc 8.3

Rocky Linux yüklə

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button