Linux

Linux-da mövcud olan disk həcminin artırılması

Doual boot əməliyyat sistemi istifadəçilərinin qarşılaşdığı problemlərdən biri bütün sistemi qurduqdan sonra disk sahəsi problemidir. Əgər siz də mənim kimi Windows-a daha çox disk sahəsi verib və sonra Ubuntu-dan daha tez-tez istifadə etməyə başlamısınızsa, disk sahəsi kifayət etməyəcək.

Disk həcminin artırılması Linux sistem admnlərinin etdiyi çox vacib tərəflərindən biridir. Xüsusilə sistemin saxlanma tələbləri artdıqda və ya yeni proqramlar üzündə əlavə yer lazım olduqda, bu proses qaçılmaz olur. Bu məqalədə disk həcminin necə artırıla biləcəyini addımbaaddım izah edəcəyik.

Beləliklə, bu disk yerini necə artıra bilərik?

SSD-lərdən istifadə edənlər üçün bu prosesi ümumiyyətlə tövsiyə etmirəm, çünki drag birləşməsi kimi əməliyyatlar SSD-nin ömrünü ciddi şəkildə azaldır.

Diqqət Disk həcmini artırmazdan öncə, mütləq bu prosesin sisteminizə olan təsirini qiymətləndirməlisiniz. Həmçinin, ehtiyat faylları yaratmaq vacibdir, çünki disk üzərində edilən dəyişikliklər mümkün data itkisi riskini daşıyır.

Tələblərə birgə nəzər salaq.

  1. Root icazələri – Bu əməliyyatlar üncün root və ya sudo icazələri tələb olunur.
  2. EhBackup – Mümkün datanın yedəklənməsi.
  3. Disk idarəetmə tool – fdisk, lsblk, parted kimi Linux komandaları.

Addımbaaddım disk həcminin artırılmasını sizinlə birgə edək.

1.Disk üçün çevik bir plan hazırlamaq üncün mövcud strukturu yoxlayın.Bu komanda mövcud diskləri və partitionları  göstərəcək.

 

2. Yeni bir poartiton yaratmaq üçün fdisk tool-dan istifadə edin.Burada /dev/sdX sizin mövcud disk şərifinizdir. n düyməsini basaraq yeni partisiya yaradın, daha sonra onu fayl sistemi kimi format edin.

sudo fdisk /dev/sdX

 

3.Fayl sisteminin yenidən təyin edilməsi lazımdır.Yeni partiton yaradıldıqdan sonra onu format edin. Misal üçün, ext4 fayl sistemi istifadə olunur

sudo mkfs.ext4 /dev/sdX1

 

4.Fayl sistemini montaj edək.Yaradılan partition montaj edilməlidir ki, istifadə edilsin.Montaj nöqtəsini avtomatik etmək üçün /etc/fstab faylını redaktə edin.

sudo mount /dev/sdX1 /mnt

 

5.LVM-də disk həcminin artırılması lazımdır.Əgər sisteminiz LVM istifadə edirsə, yeni partition LVM-ə əlavə edilə bilər.

1.Fiziki həcmi yaradın.

sudo pvcreate /dev/sdX1

 

2.Fiziki artırılmış həcmi qrupuna əlavə edin

sudo vgextend vg_name /dev/sdX1

 

3.Logic həcmin artırılması üçün

sudo lvextend -l +100%FREE /dev/vg_name/lv_name

 

4.Fayl sistemini yenidən təyin edin

sudo resize2fs /dev/vg_name/lv_name

 

Daha sonra mövcud bölmənin böyüdülməsinə baxaq.Əər mövcud bir bölmənin həcmini artırmaq istəyirsinizsə, bunun üçün partisiya cədvəlini yenidən təyin etmək lazımdır. Bu addımlar izah olunur.resizepart komandasından istifadə edərək partisiya həcmini artırın.

sudo parted /dev/sdX

 

Fayl sisteminin yenidən artırılması partition həcmi artırıldıqdan sonra fayl sistemini yenidən artırın.

sudo resize2fs /dev/sdX1

Bu proses əməliyyat işlək vəziyyət olan sistemdə dəyişiklikləri təmin edir.

 

Bu məqalədə Linux üzərində disk həcminin artırılması prosesi izah edildi. Addımları diqqətlə yerinə yetirərkən Backup faylları götürməyi unutmayın. Sisteminizin tələblərinə uyğun olaraq əməliyyat aparın ki, optimal performans əldə edəsiniz

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button