KibertəhlükəsizlikWindows

Svchost.exe virus hücumu ilə mübarizə aparmaq

Svchost.exe virusunun gizli hücumu ilə mübarizə aparmaq

Salam əziz oxucular, Bu gün sizə Svchost virusu haqqında danışacağıq. Svchost.exe (Service Host Process) Windows əməliyyat sistemində vacib sistem prosesidir. Lakin bəzi zərərli proqramlar bu adı istifadə edərək sistemə gizli şəkildə zərər verə bilərlər. Əgər svchost.exe faylı şübhəli fəaliyyət göstərirsə, aşağıdakı addımlarla mübarizə aparmaq mümkündür:

Svchost.exe əslində “service host” deməkdir və əksər Windows proqramları tərəfindən istifadə olunan bir fayldır. Buna baxmayaraq, tez-tez onun virus olduğu düşünülür, çünki zərərli proqram tərtibatçılarının aşkarlanmamaq üçün svchost.exe xidmətinə zərərli faylları əlavə etdikləri məlumdur. Bundan əlavə, zərərli proqram müəllifləri müşahidəçilər tərəfindən aşkarlanmamaq üçün tez-tez “svhost.exe” və “svchosl.exe” kimi səhv yazılmış fayllar yaradırlar.

scvhost.exe viruslarının müyyənləşdirmə qaydası

Baxmaq üçün task manager istifadə edin,Ctrl + Shift + Esc düymələrini basaraq Task Manager-i açın.Pəncərdə “Processes” bölməsinə keçin və “svchost.exe” proseslərini axtarın.Prosesə sağ tıklayın və “Open file location” seçimini edin. Əgər fayl C:\Windows\System32 qovluğunda yerləşmirsə, bu virus ola bilər.İkinci olaraq əməl etməli olduğunuz qayda Komputeri ehtibar etdiyiniz antivirus ilə sistemi yoxlayın

Windows Defender 
Malwarebytes
Kaspersky
Bitdefender

Malwarebytes xüsusilə bu cür zərərli proqramların aşkarlanmasında effektivdir.

Msconfig vasitəsilə servisləri yoxlayın msconfig-i açmaq üçün Win + R basın və msconfig yazaraq Enter basın. “Services” bölməsinə keçin.”Hide all Microsoft services” qutusunu klik edin ki, orda sizə Şübhəli servisləri deaktiv edin. Sonra Autorun Proqramlarını yoxlayın Autoruns tool-u yükləyərək sistemdə avtomatik işə düşən şübhəli proqramları yoxlaya bilərsiniz.Proqramı yükləmək üçün Linkə daxil olun.Komputerdə şüphəli faylları silin.Əgər komputerdə  şübhəli svchost.exe faylını aşkar etmisinizsə etməli olduğunuz addımlar bunlardır.

  1. Təhlükəsizlik məqsədilə əvvəlcə prosesini Task Manager-dən sonlandırın.
  2. Faylın yerləşdiyi qovluğa gedin və onu silin.
  3. Təhlükəsiz rejimdə sistemi yenidən başladın və yenidən yoxlama aparın.

Sonra isə atacağınız addımları izləyək.Vaxtında yeniləmələr etmək, əməliyyat sisteminizdə olan potensial boşluqları aradan qaldıracaq Settings > Update & Security > Windows Update. yazıb enter vurun

Bilməli olduğunuz qeyd: Bəzi svchost.exe proseslərini deaktiv etmək sistemin normal işləməsinə mənfi təsir göstərə bilər. Yalnız zərərli olduğu təsdiqlənmiş faylları silin və ya deaktiv edin. Əmin deyilsinizsə, mütəxəssisə müraciət edin.

 

Problemə proaktiv yanaşma
Virus silindikdən sonra yenidən yoluxmamağınızdan əmin olmaq üçün möhkəm təhlükəsizlik mütəxəssisi tərəfindən yaradılmış virus skaneri quraşdırmalısınız. Müxtəlif təchizatçıların proqram təminatını qiymətləndirərkən, nə qədər qorunmağa ehtiyacınız olduğunu nəzərə almalısınız. Əksər istifadəçilər üçün internet təhlükəsizlik paketinin alınması ən yaxşı seçimdir, çünki bu paketlər müxtəlif internet təhdidlərinə qarşı hərtərəfli qorunma təmin edir. Ən böyük üç komponent; anti-malware, anti-spam və firewall. Terminlə tanış olmayanlar üçün firewall kompüterinizə daxil olan və çıxan trafikə nəzarət etmək üçün nəzərdə tutulmuş proqram paketi kimi müəyyən edilə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az