Linux

Nano nədir?

nano, Linux və digər Unix əsaslı əməliyyat sistemlərində istifadə olunan sadə və istifadəçi dostu bir mətn redaktorudur. O, terminal üzərindən işləyir və istifadəçilərə mətn fayllarını redaktə etmək, yeni fayllar yaratmaq və mövcud faylları oxumaq üçün asanlıq təmin edir. nano xüsusilə yeni başlayanlar üçün ideal bir seçimdir, çünki onun interfeysi intuitivdir və əsas əmrlər ekranın aşağısında göstərilir.Nano-nun əsas xüsusiyyətləri sadə interfeys Komandalar birbaşa ekranın aşağı hissəsində göstərilir,Syntax vurğulama  kod yazarkən müxtəlif proqramlaşdırma dilləri üçün rəngli vurğulama dəstəyi,Sətir və sütun nömrələri fayllarda axtarışımızı asanlaşdırır,Axtarış və əvəz etmə fayllarda müəyyən sözləri axtarmaq və ya əvəz etmək imkanı,çoxlu faylların idarə edilməsi mümkündür Yəni eyni vaxtda bir neçə fayl açmaq mümkündür.

Nano necə qurmaq olar?

Çox vaxt nano Linux paylanmalarında öncədən quraşdırılmış olur. Əgər sisteminizdə quraşdırılmayıbsa, aşağıdakı əmrlərlə asanlıqla quraşdıra bilərsiniz

Debian ailəsi üçün 

sudo apt update
sudo apt install nano

RHEL,Fedora  ailəsi üçün

sudo yum install nano
sudo dnf install nano  

Arch Linux ailəs üçün

sudo pacman -S nano

Nano-dan İstifadə 

nano fayl_adi

Əgər fayl mövcud deyilsə, nano avtomatik olaraq onu yaradacaq.yaradılmış faylı yadda saxlamaq üçün Ctrl + O  sıxaraq faylı yaddaşa verə bilərik.Bəs Nano-dan çıxmaq necə olur? Ctrl + X  Çıxmaq üçün əgər dəyişiklik etdiyiniz, lakin yadda saxlamadığınız bir fayl varsa, nano sizdən təsdiq istəyəcək.Bəs faylda nəsə axtarmaq isitəsək necə edə bilərik? faylda müəyyən söz və ya ifadəni axtarmaq üçün Ctrl + W  düymələrindən sitifadə edə bilərik.Əgər böyük həcimli faylınız vardırsa onu nömrələmək istəyirsinizsə aktivləşdirmək üçün nano  faylı aşağıdakı kimi açın 

nano -c fayl_adi

Əlavə olaraq Nano üçün qısa yollar təqdim edirəm sizin üçün

Qısa yol        Komanda haqqında
Ctrl + O       Faylı yadda saxlamaq
Ctrl + X       Çıxmaq
Ctrl + W       Axtarış
Ctrl + K       Sətiri kəsmək
Ctrl + U       Kəsilmiş sətiri yapışdırmaq
Ctrl + G       Kömək menyusunu açmaq
Ctrl + C       Kursorun mövqeyini göstərmək
Ctrl + R       Başqa faylı mövcud fayla daxil etmək

Əgər siz Nano-nu öz tələblərinizə uyğunlaşdırmaq üçün konfiqurasiya faylından istifadə edə bilərsiniz. Bu fayl adətən  qeyd olunan  path-da  ~/.nanorc yerləşir. 

 

set linenumbers       # Sətir nömrələrini göstərir
set tabsize 4             # Tab ölçüsünü 4 boşluq olaraq təyin edir
set autoindent         # Avtomatik olaraq yeni sətirə girinti əlavə edir

 

Yeni bir mətn faylı yaradıb redaktə etmək üçün fayla mətn əlavə edin, sonra Ctrl + O ilə yadda saxlayın və Ctrl + X ilə çıxın. 

nano salam.txt

 

Nano ilə irəli səviyyə istifadə aşağıdakı nümunədə eyni anda birdən çox faylı açmaq üçün aistifadə edə bilərsiniz. Fayllar arasında keçid etmək üçün Alt + → və ya Alt + ← istifadə edin.

nano fayl1 fayl2

 

Qeyd edə bilərik ki,Nano, xüsusən terminalda sürətli redaktələr aparmaq üçün güclü və çevik bir vasitədir. İstifadəsi rahat olduğu üçün həm yeni başlayanlar, həm də təcrübəli istifadəçilər üçün ideal seçimdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button