Kibertəhlükəsizlik

Telefonunuzda whatsApp-ın izləndiyini necə bilmək olar?

Gəlin WhatsApp izlənməsinin əlamətlərini və bununla necə mübarizə aparacağınızı ətraflı araşdıraq

WhatsApp mesajlarınızın və hesabınızın təhlükəsiz olub-olmadığını bilmək vacibdir. İzləndiyinizi düşünürsünüzsə, bu barədə xəbərdar olmaq üçün bir neçə üsul və göstərici var. Gəlin WhatsApp izlənməsinin əlamətlərini və bununla necə mübarizə aparacağınızı ətraflı araşdıraq.WhatsApp Web/Linked Devices (Bağlı Qurğular) seçimini yoxlayın WhatsApp Web və ya digər cihazlarda hesabınızın istifadə edilib-edilmədiyini bilmək üçün aşığıdakı addımları edin.

  1. WhatsApp tətbiqini açın.
  2. Sağ üst küncdəki üç nöqtəyə (və ya iPhone-da “Settings” menyusuna) daxil olun.
  3. Linked Devices (Bağlı Qurğular) seçimini seçin.
  4. Burada WhatsApp-ınızın hansı qurğulara bağlı olduğunu görəcəksiniz. Əgər tanımadığınız cihazlar bağlıdırsa, dərhal “Log Out From All Devices” (Bütün Qurğulardan Çıxış Et) seçimini edin.

Əgər sizin whatsapp-da mesajlarınızı oxumadığınız halda, “mavi quşlar” (read receipts) görünürsə, bu, başqasının sizin hesabınıza daxil ola biləcəyinin göstəricisi ola bilər.Əgər WhatsApp hesabınıza giriş üçün birdəfəlik parol (OTP) gəlirsə, lakin siz bu prosesi başlatmamısınızsa, hesabınıza girməyə cəhd göstərilib.WhatsApp hesabınıza nəzarət etmək üçün casus proqramlar qurulduqda cihazınızın batareyası sürətlə azalır.Telefonunuzda naməlum tətbiqlərin və ya arxa planda işləyən şübhəli proqramların olub-olmadığını yoxlayın. Bu proqramlar WhatsApp fəaliyyətinizi izləmək üçün istifadə edilə bilər.Belə deyək casus proqramlar və ya icazəsiz giriş hesabınızdan məlumatları başqa bir cihazla sinxronizasiya edə bilər. Bu, internet trafikində nəzərə çarpacaq artıma səbəb ola bilər.

Əgər yenədə İzləndiyinizi düşünürsünüzsə, nə etməlisiniz? Whatsapp hesabınızı təhlükəsiz vəziyyətə gətirin.WhatsApp-da “Two-Step Verification” (İki Addımlı Doğrulama) funksiyasını aktivləşdirin və güclü PIN təyin edin və bunu başqası ilə paylaşmayın.Və Telefonunuzda şübhəli tətbiqləri silin. Virus və ya casus proqramları aşkar etmək üçün etibarlı antivirus proqramı quraşdırıb telefonunuzu skan edin. Əgər casus proqramlardan şübhələnirsinizsə, telefonunuzu zavod ayarlarına qaytarmaq (factory reset) problemi həll edə bilər. Lakin öncədən məlumatlarınızı ehtiyat nüsxəsini götürməyi unutmayın.Sonrakı addım isə WhatsApp tətbiqini silin və yenidən quraşdıraraq hesabınızı yenidən aktivləşdirin.Tanımadığınız və ya şübhəli görünən mesajlara cavab verməkdən çəkinin. Əlavə olaraq  telefonunuza və WhatsApp hesabınıza güclü parollar qoyun.
WhatsApp-ı yalnız rəsmi mağazalardan (Google Play Store və ya App Store) yükləyin.
Naməlum bağlantılara və ya fayllara klik etməyin.
Şübhəli fəaliyyətləri WhatsApp dəstək xidməti ilə paylaşın.
Bu addımları izləyərək WhatsApp hesabınızın təhlükəsizliyini təmin edə bilərsiniz. Əgər hələ də izlənildiyinizi düşünürsünüzsə, peşəkar kibertəhlükəsizlik mütəxəssisinə müraciət etməyiniz tövsiyə olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az