Linux

Linux-da faylları və qovluqları necə silmək olar?

Linux-da faylları və qovluqları silmək üçün bir neçə əsas komanda və opsiyonlardan istifadə edilir. Bu əmrlər çox güclü olduğuna görə diqqətlə istifadə olunmalıdır. Aşağıda ətraflı olaraq hər iki növ əməliyyatı izah edəcəyəm

Fayl silmək üçün rm (remove) komandası istifadə olunur. Bu komanda sadəcə müəyyən faylları silir.

rm file.txt

Bu komanda yalnız faylı silir, amma faylın içərisindəki məlumatları bərpa etmək mümkün olmayacaq.

Bu yazıda Linux-da terminaldan  istifadə edərək fayl və qovluqların necə silinəcəyini öyrənəcəyik.

Linux terminalın əsaslarını bilmək sistem administratorları və qabaqcıl Linux istifadəçiləri olacaq bütün veb istifadəçiləri üçün çox vacibdir.

Linux-da fayl və qovluqların silinməsi RM komandası ilə həyata keçirildiyi üçün bu, çox diqqətli istifadə etməli olduğunuz bir komandadır, xüsusən də root səlahiyyətiniz varsa.Yanlış və ya səhv istifadə serverdə geri dönməz fayl və qovluq itkisinə səbəb ola bilər, ona görə də RM əmrindən istifadə edərkən çox diqqətli olmalısınız.

Əgər sizdə birdən çox  faylı silmək istəyirsinizsə, onların adlarını boşluqla ayıraraq daxil edə bilərsiniz

rm fayl1.txt fayl2.txt fayl3.txt

Qovluqları silmək üçün -r (recursive) opsiyonu ilə rm komandasını istifadə edirik. Bu, qovluğun içindəki bütün faylları və alt qovluqları da silir.Biz folder1 adlı qovluğu və onun içərisindəki bütün faylları və qovluqları silmək istəyiriksə 

rm -r folder1

Əgər silmək istədiyiniz qovluq boşdursa, rmdir komandasını istifadə edə bilərsiniz. Bu komanda yalnız boş qovluqları silir.

rmdir folder1

Fayl və ya qovluğu silərkən təsdiq tələb etmək üçün -i opsiyasını əlavə edə bilərsiniz. Bu, hər fayl və ya qovluq üçün “silmək istəyirsinizmi?” şəklində təsdiq sorğusu verəcək.Bu komandadan sonra fayl silinməzdən əvvəl sizdən təsdiq tələb ediləcək.

rm -i file.txt

Qovluq və Faylları məcburi silmək (-f opsiyası) istəyirsinizə -f (force) opsiyası, sizdən heç bir təsdiq sorğusu tələb etmədən fayl və ya qovluqları silir. Bu opsiya xüsusilə, oxunmaz (read-only) faylları silmək üçün faydalıdır.

rm -f file.txt

 

Əgər qovluğun içindəki bütün faylları və qovluğu silmək istəyirsinizsə, –rf opsiyonu ilə istifadə edin. Bu, qovluğu və içindəki hər şeyi təsdiq etmədən siləcək.

rm -rf qovluq_adı

 

find komandasından istifadə edərək faylları silmək
Faylları müəyyən bir şərtə əsasən silmək istəyirsinizsə, find komandasından istifadə edə bilərsiniz. Bu, fayl adlarına, tarixlərinə və ya ölçülərinə görə axtarış edərək silmə əməliyyatı yerinə yetirir.Məsələn, son 7 gündə dəyişdirilən bütün .log fayllarını tapıb silmək üçün 

find /path/to/directory -name "*.log" -mtime -7 -exec rm -f {} \;

Yuxarıda qeyd olunan Bu komanda son 7 gündə dəyişdirilmiş bütün .log fayllarını tapır və silir.

Diqqət etməli məqamlardan əsası Bir fayl silindikdən sonra, Linux-da onu bərpa etmək çox çətin olur. Çünki rm komandasını istifadə etdikdə, fayl sistemindən tamamilə silinir və məlumatları bərpa etmək üçün xüsusi alətlərə ehtiyac olur. Buna görə fayl silməzdən əvvəl diqqətli olun.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button