KibertəhlükəsizlikLinux

Linux tails haqqında

Salam əziz oxucular bu gün sizə Linux Tails haqqında danışacağıq. Linux Tails (The Amnesic Incognito Live System) təhlükəsizlik və məxfilik məqsədilə yaradılmış xüsusi bir Linux distorsudur. O, istifadəçilərin internetdə anonim fəaliyyət göstərməsinə və şəxsi məlumatlarını qorumağa imkan verir. Tails əsasən Tor (The Onion Router) şəbəkəsindən istifadə edərək internet bağlantısını anonimləşdirir və müvəqqəti əməliyyat sistemi kimi istifadə edilir.Əsas xüsusiyyətlərinə baxsaq Bütün internet trafiki avtomatik olaraq Tor şəbəkəsinə yönləndirilir,Hər hansı məlumat internetə çıxmazdan əvvəl anonimləşdirilir və ən əsasıda tails əməliyyat sistemi yalnız RAM üzərində işləyir və kompüter yenidən başladıqda heç bir iz saxlamır.

Daxili olaraq təhlükəsizlik üçün optimallaşdırılmış bir sıra proqram təminatı ilə təchiz edilib. Anonim veb-sörfinq üçün,Şifrələnmiş email üçün,Electrum kriptovalyuta idarə etmək üçün,KeePassXC parol meneceri.

Cihazdan asılılıq yoxdur.Komputerə ehtiyac olmur.Tails USB yaddaş, DVD və ya SD kart vasitəsilə işə salınır.Yəni Əməliyyat sistemi birbaşa kompüterin mövcud disklərinə müdaxilə etmir.

Bəs harda istifadə olunur? Istifadə sahələri nələrdir?Məxfi məlumatların qorunması üçün,Senzura və ya nəzarət olunan bölgələrdə sərbəst və anonim internet istifadəsi üçün.və ən əsasıda Kompüterdə hər hansı iz buraxmadan işləmək istəyən istifadəçilər üçün.

Avantajları qədər dezavantajalrıda mövcuddur.Bunalra birlikdə baxaq görək bunlar nələrdir.Tor şəbəkəsi vasitəsilə internet bağlantısı yavaş ola bilər.Başlanğıc səviyyədə olan istifadəçilər üçün istifadə bir qədər çətin ola bilər və Tails gündəlik istifadə üçün deyil, xüsusi məxfilik məqsədləri üçün optimallaşdırılmışdır.

Bu qədər haqqında danışdıq bəs necə quraşdırmaq olar?

Tails-i Yükləmək üçün tails rəsmi saytından ISO faylını yükləyin.
USB urğusuna yazmaq:
ISO faylını USB, DVD və ya SD karta yazmaq üçün Etcher və ya oxşar proqramlardan istifadə edin.
Kompüterinizi yaradılan yaddaş qurğusundan işə salın,İlk işə salmada konfiqurasiya addımlarını izləyin

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az