Kibertəhlükəsizlik

Boot virusu haqqında

Salam əziz dostlar, bu gün sizə təhlükəli viruslardan olan Bott viriusu haqında danışacağıq. İlk boot viruslarından biri 1986-cı ildə ortaya çıxan Brain virusudur.

Bu virus floppilər vasitəsilə yayılırdı.Boot virus (yükləmə virusu) kompüterlərin başlanğıc yükləmə sektorunu (boot sector) hədəf alan zərərli proqram növüdür. Bu viruslar kompüterin işə salınması prosesində yüklənir və aktivləşir, sistemə zərər yetirə, məlumatları poza və ya oğurlaya bilər.Boot virusunun xüsusiyyətlərinə baxdıqda Boot virusları kompüterin boot sector-una və ya Master Boot Record (MBR) sahəsinə yoluxur. Bu sahələr kompüterin işə salınması zamanı əməliyyat sisteminin yüklənməsi üçün vacibdir.Bu viruslar adəttən sistemə yoluxma üsulları adətən infeksiyalı disketlər, USB-lər və digər çıxarıla bilən yaddaş vasitəsilə yayılır. Viruslu cihazdan boot edildikdə virus aktivləşir.

Bəs bu virusun  cihazımıza düşdüyünü necə anlaya bilərik?

  1. Kompüterin açılması və yüklənməsi zamanı gecikmələr.
  2. Səhv mesajları və ya gözlənilməz yenidən yükləmələr.
  3. Faylların zədələnməsi və ya məlumatların itməsi.
  4. Diskdəki sektorların pozulması.

Virusun işləmə prinsipi belədir Kompüter infeksiyalı cihazdan işə düşür və Virus boot sektoruna yerləşir və əməliyyat sistemindən əvvəl yüklənir artıq komputer açıldıqdan sonra Əməliyyat sistemi ilə birlikdə aktiv qalaraq digər cihazlara və sistemlərə yayılır.

Bəs bu virusun qarşısını almaq üçün bu tədbirləri görməliyik Hər hansı bir USB və ya xarici diski istifadə etməzdən əvvəl antivirus proqramı ilə yoxlayın,güclü bir antivirus proqramı quraşdırın və mütəmadi olaraq komputeri  yoxlayın,Antivirus proqramlarının “boot-time scan” xüsusiyyətindən istifadə edin.Sonrakı  bu virusa qarşı tədbirlərdən biridə BIOS-da “Boot Sector Protection” funksiyasını aktiv edin (əgər dəstəklənirsə) və Əhəmiyyətli məlumatlarınızı mütəmadi olaraq ehtiyatda saxlayın.Yekun olaraq həll yollarındna biridə Boot sektorunu təmizləmək üçün xüsusi alətlərdən (məsələn, fdisk /mbr və ya “bootrec“) istifadə edə bilərsiniz.

Yekun olaraq müasir əməliyyat sistemlərində (məsələn, Windows 10/11, Linux, macOS) və UEFI texnologiyası ilə boot viruslarının təsiri azalıb. Bunun səbəbi daha güclü təhlükəsizlik mexanizmləri və müasir hardware-dən istifadədir. Amma bu viruslar köhnə sistemlərdə hələ də təhlükə yarada bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az