Linux

Yeni başlayanlar üçün Bash Scripting

Bash scripting, Linux və UNIX sistemlərində avtomatlaşdırma, fayl idarəetməsi, proses idarəetməsi və digər müxtəlif tapşırıqları yerinə yetirmək üçün istifadə edilən çox güclü bir vasitədir. Bash (Bourne Again Shell) əməliyyat sisteminin terminalında işləyən bir komanda satırıdır. Bu bələdçi, yeni başlayanlar üçün Bash scripting-in əsaslarını izah edir.

Bash script nədir?
Bash script, bir sıra Bash əmrlərini və ya skriptləri bir faylda toplayaraq avtomatik şəkildə işlətməyə imkan verən bir proqramlaşdırma dilidir. Bu skriptlər .sh uzantısı ilə saxlanılır, amma hər hansı bir uzantı ilə də istifadə oluna bilər. Bash script faylı bir neçə əsas hissədən ibarət olur aşağıda baxa bilərik.

  • Kommentlər  Skriptin nə etdiyini izah etmək üçün istifadə edilir.
  • Komandalar Skriptin əsas funksiyalarını yerinə yetirən komandalar.
  • Dəyişənlər  Skriptin daxilində məlumat saxlamaq üçün istifadə edilir.

 

1.İlk Bash skriptini yaratmaq üçün sizinlə birgə addımlayaq

Bash skriptini yaratmaq üçün sadəcə bir mətn redaktoru istifadə etməlisiniz. Məsələn, nano və ya vim editoru ilə skript yaradın.

nano menim_script.sh

Bash skriptində istifadə olunan əsas struktur belə görünür

#!/bin/bash
# Bu, skriptin şərhidir
echo "Salam, dünya!"

Yuxarıdakı  komanda haqqında məlumatlara baxaq

#!/bin/bash – Bu, skriptin bir Bash skripti olduğunu bildirən “shebang” sətiridir.
echo “Salam, dünya!” – Bu komanda ekrana “Salam, dünya!” yazır

Növbəti edəcəyimiz addım yaradtığımız skriptin işləməsi üçün ona icazə verməliyik

chmod +x menim_script.sh

 icazəni verdikdən sonra isə scripti işə salmalıyıq ki, nəticəyə baxa bilək 

./menim_script.sh

Bash scripting-də məlumatları saxlayıb istifadə etmək üçün dəyişənlərdən istifadə olunur. Dəyişənlər yaradarkən = simvolu istifadə olunur və dəyişənin dəyəri ilə boşluq qoyulmamalıdır.Burada, menim_deyisenim dəyişənində saxlanan dəyər ekrana yazdırılır.

menim_deyisenim ="Salam, dünya!"
echo $menim_deyisenim

 

Gəlin sizinlə birlikdə dəyişənlərə dəyər verək,Bu zaman name dəyişəninin dəyəri olan “LinuxOyren.com” ekrana yazdırılacaq.

name="LinuxOyren.com"
echo "Salam, $name!"

Bash script-lərində şərhlər istifadəçilərin skriptin nə etdiyini başa düşmələrinə kömək edir. Şərhlər # simvolu ilə başlayır və həmin sətir boyunca hər şey şərh olaraq qəbul edilir.

# Bu bir şərhdir
echo "Bash scriptingdən istifadə bizim üçün çox  əyləncəlidir" # Bu da şərhdir

 

Əsas komandalar və struktura göz atdıqda echo əmri ekrana məlumat çıxarmaq üçün istifadə olunur.

echo "Bash scripting-i öyrənmək çox əyləncəlidir!"

 

read komandası istifadəçidən məlumat almaq üçün istifadə olunur.Bu skript istifadəçidən adını daxil etməyi tələb edir və sonra həmin adı ekranda göstərir.

echo "Adınızı daxil edin:"
read name
echo "Salam, $name!"

 

 Şərti İfadələrinə baxdıqda  (if-else) şərti ifadələr, müəyyən şərtlər yerinə yetirildikdə müəyyən əmrləri yerinə yetirmək üçün istifadə edilir.

echo "Bir ədəd daxil edin:"
read num

if [ $num -gt 10 ]; then
echo "Ədəd 10-dan böyüktür."
else
echo "Ədəd 10-a bərabər və ya kiçikdir."
fi

 

for dövrü  Müəyyən sayda təkrarlama üçün istifadə olunur.

for i in 1 2 3 4 5
do
echo "Nömrə: $i"
done

while dövrü  Müəyyən şərt yerinə yetirilən müddət ərzində təkrarlama üçün istifadə olunur.

count=1
while [ $count -le 5 ]
do
echo "Say: $count"
((count++))
done

 

Funksiyalar-a baxış keçirdikdə Bash scripting-də funksiyalar yaratmaq mümkündür. Bu funksiyalar kodu təkrarlamaqdan qaçmağa və kodu daha təmiz saxlamağa kömək edir.

menim_funuksiyam() {
echo "Bu, funksiyadır!"
}

menim_funiksiyam

 

Skriptlərə verilən parametrləri istifadə edərək daha dinamik hala gətirmək mümkündür.Bu skript ./my_script.sh val1 val2 kimi işlədildikdə, $1 val1 və $2 isə val2 olacaq.

echo "Birinci parametr: $1"
echo "İkinci parametr: $2"

Yazdığımız scriptlərdə Xətaları idarə etmək üçün müxtəlif üsullar mövcuddur. Məsələn, skriptdə bir əmrin səhv olması halında, skriptin dayandırılmasını təmin etmək üçün set -e istifadə olunur.

set -e
echo "Bu komanda uğurla icra olunacaq."
non_existent_command # Bu komanda səhv verəcək və skript dayandırılacaq.

 

Növbəti edə biləcəyimiz addımlardan biri və ən əsaslarından olan skriptləri müəyyən zaman intervalları ilə avtomatik işə salmaq üçün cron istifadə edilir. Cron işi yaratmaq üçün crontab faylını redaktə etmək lazımdır.Məsələn tapşırıq verilir ki,Skripti hər gün saat 3:00-da işləməsi laızmdır.Biz scripti 3:00 işlətmək üçün crontab faylında belə bir sətir əlavə etməliyik

crontab -e
0 3 * * * /path/to/your/script.sh

 

Sonda Bash scripting, Linux və UNIX sistemlərində avtomatlaşdırma və müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün çox güclü bir vasitədir. Bu ilkin anlayış ilə Bash scripting-in əsaslarını öyrəndiniz. İndi daha mürəkkəb skriptlər yazmağa başlamaq üçün daha dərindən araşdırma apara bilərsiniz. Yalnız təcrübə və zamanla daha mürəkkəb əməliyyatlar və funksiyalar barədə məlumat sahibi olacaqsınız.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button