Database administratorları üçün ən vacib sertifikatlar

Salam əziz oxucular, bu gün sizə DBA olmaq üçün əhəmiyyətli sertifkatlar haqqında danışacağıq.Database administrasiyası (DBA) mürəkkəb və məsuliyyətli bir sahədir. Bir DBA olaraq uğurlu olmaq üçün güclü texniki biliklərə və sertifikatlara sahib olmaq vacibdir. Sertifikatlar həm bilik səviyyənizi sübut edir, həm də karyera imkanlarınızı genişləndirir. Bu məqalədə, verilənlər bazası administratorları üçün ən vacib sertifikatları nəzərdən keçirəcəyik.
1. Oracle Certified Professional (OCP) – Oracle Database
Oracle verilənlər bazası administratorları üçün ən nüfuzlu sertifikatlardan biridir. Oracle Database OCP sertifikatı, verilənlər bazasının idarə olunması, ehtiyat nüsxələmə (backup), təhlükəsizlik və performans tənzimlənməsi sahələrində biliklərinizi sübut edir.
📌 Sertifikat pillələrinə baxdıqda:
Oracle Certified Associate (OCA) – Başlanğıc səviyyə
Oracle Certified Professional (OCP) – Orta səviyyə
Oracle Certified Master (OCM) – Yüksək səviyyə
Kimlər üçün uyğundur?
Oracle Database ilə işləyən DBA-lar üçün idealdır.İmtahan nömrəsinə baxdıqda Oracle Database 19c və ya 21c versiyaları üzrə imtahan verilir.
2. Microsoft Certified: Azure Database Administrator Associate
Microsoft-un Azure platformasında verilənlər bazası idarəetməsini öyrənmək istəyənlər üçün ideal sertifikatdır. SQL Server-in idarə edilməsi, performans optimizasiyası və təhlükəsizlik sahələrində biliklərinizi sübut edir.
📌 Əsas imtahana baxdıqda DP-300: Administering Relational Databases on Microsoft Azure imtahan nömrəsinə baxdıqda SQL Server və Azure platformasında işləyən DBA-lar üçün.
3. AWS Certified Database – Specialty
Bulud əsaslı verilənlər bazası həlləri ilə işləyənlər üçün Amazon Web Services (AWS) tərəfindən təqdim edilən bu sertifikat, verilənlər bazalarının dizaynı, idarə edilməsi və optimizasiyası üzrə biliklərinizi təsdiq edir.Aşağıda imtahan mövzularına nəzər saldıqda
- Amazon RDS, DynamoDB, Aurora və digər AWS verilənlər bazası xidmətləri
- Verilənlərin replikasiyası və yedəklənməsi
- Verilənlər bazası təhlükəsizliyi və monitorinqi
İmtana ekosistemlər ilə işləyən DBA məsləhət görülür
4. PostgreSQL Certified Engineer (CPSA)
PostgreSQL verilənlər bazasını idarə edənlər üçün rəsmi sertifikat yoxdur, lakin EnterpriseDB və digər şirkətlər müxtəlif PostgreSQL sertifikatları təqdim edir.
📌 Əsas PostgreSQL sertifikatlarına nəzər salsaq
- EnterpriseDB Certified PostgreSQL Associate
- EnterpriseDB Certified PostgreSQL Professional
PostgreSQL administrasiyası ilə məşğul olanlar üçün ideal bir sertifkatdır.
5. MongoDB Certified DBA
MongoDB kimi NoSQL verilənlər bazalarına yönəlmiş DBA-lar üçün xüsusi sertifikatdır.Əsas imtahana nəzər salsaq
MongoDB Certified DBA Associate Exam
6. Certified Kubernetes Administrator (CKA)
Mikroservis və konteyner əsaslı verilənlər bazası idarəetməsinə maraq göstərənlər üçün Kubernetes üzrə bu sertifikat da faydalıdır.Öyrəndiyiniz bacarıqlara baxdıqda Kubernetes və konteyner əsaslı verilənlər bazası idarəetməsini öyrənmək istəyənlər üçün.
- Kubernetes klasterlərinin idarə edilməsi
- StatefulSet və verilənlər bazalarının Kubernetes-də yerləşdirilməsi
7. Certified Information Systems Security Professional (CISSP)
Bu sertifikat birbaşa DBA-lar üçün nəzərdə tutulmasa da, verilənlər bazası təhlükəsizliyi sahəsində çalışanlar üçün çox vacibdir.
- Verilənlər bazası təhlükəsizliyi
- Şifrələmə və məxfilik
- Risklərin idarə edilməsi
Bu sertifkata yeyələnmək
Verilənlər bazası təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsinə yönələn DBA-lar üçün.
Yekunda isə Verilənlər bazası administratorları üçün müxtəlif sertifikatlar mövcuddur və onların seçimi sizin karyera istiqamətinizdən asılıdır. Əgər Oracle və SQL Server ilə işləyirsinizsə, OCP və Microsoft Azure sertifikatları önəmlidir. Bulud əsaslı verilənlər bazaları ilə maraqlanırsınızsa, AWS və Kubernetes sertifikatları sizə üstünlük qazandıra bilər. PostgreSQL və MongoDB üzrə işləyirsinizsə, müvafiq sertifikatları almaq tövsiyə olunur.