Linux

Linux əməliyyat sistemlərində istifadəçilərin idarə olunması

Linux əməliyyat sistemlərində istifadəçilərin idarə olunması, sistemin təhlükəsiz və effektiv işləməsini təmin etmək üçün əsasdır. Bu proseslərə istifadəçilərin yaradılması, qrupa əlavə edilməsi, silinməsi və mövcud istifadəçilərin məlumatlarının dəyişdirilməsi daxildir. 

  1. Yeni istifadəçi yaratmaq üçün useradd komandasından istifadə edilir.
sudo useradd yeni_istifadeci

2. Yeni istifadəçiyə şifrə təyin etmək üçün passwd əmrindən istifadə edilir.Şifrə təyin edildikdən sonra istifadəçi sistemə daxil ola bilər.

sudo passwd yeni_istifadeci

3.İstifadəçi yaradılarkən əlavə seçimlər təyin etmək mümkündür home kataloqunun təyin edilməsi üçün.Bu komanda ilə istifadəçinin home kataloqu avtomatik olaraq yaradılır.

sudo useradd -m -d /home/istifadeci_adi yeni_istifadeci

 

4.Qrup təyin edilməsi 

sudo useradd -g [qrup_adı] yeni_istifadeci

 

5. İstifadəçinin qrupa əlavə edilməsi Bir istifadəçini qrupa əlavə etmək üçün usermod komndasından istifadə olunur.

sudo usermod -aG [qrup_adı] [istifadəçi_adı]

 6.Bu əmrlə yeni_istifadeci adlı istifadəçi “sudo” qrupuna əlavə edilir və sistemdə inzibati hüquqlara malik olur.

sudo usermod -aG sudo yeni_istifadeci

 

7.Sistemdə mövcud olan qrupları görmək üçün aşağıdakıkomandandan istifadə edərək ətraflı baxa bilırik.

cat /etc/group

 

8.İstifadəçinin silinməsi prosesinə baxaq İstifadəçini sistemdən tamamilə silmək üçün userdel komandasından istifadə edilir.

sudo userdel yeni_istifadeci

 

9.İstifadəçinin home  kataloqu da silinməlidirsə onda aşağıdakı komaya baxaq.Diqqət etməli olduğunuz məqam İstifadəçi sistemdə aktiv olaraq daxil olmuşsa, silmə əməliyyatı baş tutmaya bilər. Bu halda istifadəçinin prosesini dayandırmalısınız.

sudo userdel -r yeni_istifadeci

 

10.İstifadəçi məlumatlarının dəyişdirilməsi deyildisə o zaman aşağıdakı komanda ilə tətbiq edə bilərik.

sudo usermod -l yeni_istifadeci_adi köhnə_istifadeci_ad

 

11.Home katoloqunu dəyişdirmək deyilsə aşağıdakı komandanı icra edin.

sudo usermod -d /yeni/kataloq köhnə_ad

 

12.İstifadəçinin əsas qrupunu dəyişdirmək üçün aşağıdakı komandanı icra edək.

sudo usermod -g [yeni_qrup] [istifadəçi_adı]

 

13.Mövcud istifadəçilər haqqında məlumat Bütün istifadəçiləri siyahı şəklində görmək üçün aşağıdakı komandanı icra edək.Bu faylda hər bir istifadəçi haqqında məlumat (istifadəçi adı, UID, GID, ev kataloqu və s.) yerləşir.

cat /etc/passwd

 

14.Əgər deyilsə ki,İstifadəçi haqqında ətraflı məlumat əldə etmək laızmıdır.Onda aşağıdakı kimandanı icra edin.

id [istifadəçi_adı]

 

Əgər siz hazırda sizstemdə işləyən istifadəçilərə baxmaq laızmdır deyils.Aşağıdakı komandalara abxamaq lazımdır.

who - Aktiv istifadəçiləri görmək üçün 

 

w - Hal-hazırda sistemdə işləyən istifadəçiləri görmək üçün komanda

 

Bu komandalar Linux sistemlərində istifadəçilərin effektiv idarə olunmasını təmin edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az