Kateqoriyasız

DarkWeb təhlükələri

DarkWeb internetin daha çox qapalı və anonimlik üçün yaradılmış hissəsidir. Bu hissə adi axtarış sistemləri (Google, Bing və s.) vasitəsilə tapılmaz. Buraya daxil olmaq üçün adətən Tor kimi xüsusi brauzerlər istifədə olunur. DarkWeb-in qanuni istifadə sahələri olsa da, onun cinayətkar fəaliyyətləri də ciddi təhlükələr yarada bilir. Bu məqalədə DarkWeb-in təhlükələri üç əsas istiqamətdə araşdırılır: şxsi təhlükəsizlik, maliyyə fəaliyyətləri və sosial problemlər.

DarkWeb üzerinde şxsi məlumatların satışı, yayılması və ya sui-istifadə olunması ciddi problemlərdəndir.

Məlumat sızıntısı DarkWeb üzerinde şəxsi məlumatları (kredit kartı detallıları, şifrələr, pasport nömrələri) satışı çox yaygındır. Bu məlumatlar kibercinayətkarlar tərəfindən fərdi hədəflərə qarşı istifadə oluna bilər.

DarkWeb-də Trojan, ransomware və spyware kimi zərərli proqramları almaq və ya paylaşdırmaq mümkün olur. Bu proqramlar cihazlara gizlicə yüklənərək şxsi məlumatları ələ keçirə bilər.

Anonimlik təhlükəsinə baxaq DarkWeb üzerinde anonimlik mümkün olsa da, qeyri-etik və ya qanunsuz fəaliyyətlər insanı nəzarət altına ala bilər. Hökumətlər və ya kibertəhlükəsizlik qrupları bu fəaliyyətləri izləyə bilər.

DarkWeb maliyyə fəaliyyətləri baxımından çox cəlbedicidir, amma bu, çox vaxt qanunsuz əməllərlə əlaqəlidir.

DarkWeb üzərində yayılan müəyyən fəaliyyətlər cəmiyyətdə ciddi etik problemlər yarada bilər.

Uşaq istismarı – DarkWeb üzerinde bəzi platformalar uşaqların istismarına aid materialları yayır ki, bu da böyük sosial problem olaraq qalır.

Terrorizm -Terror qruplaşmalari öz fəaliyyətlərini yaymaq və ya təlimatları bölüşdərmək üçün DarkWeb-dən istifadə edir.

Fiziki təhdid – DarkWeb üzerinde “hitman” xidmətləri kimi qorxulu fəaliyyətlər təklif olunur ki, bu da insanların həyatına ciddi təhlükə yarada bilər.

Yekun olaraq qeyd edə bilərik

DarkWeb, istifadəsi çox diqqət və bilik tələb edən bir məkanıdr. Onun anonimlik imtiyazı eyni zamanda çox ciddi təhlükələr yarada bilər. Həm şxsi məlumatları qorumaq, həm də mümkün olan dələduzluq və təhlükələrdən uzaq qalmaq üçün şxsi kibertəhlükəsizlik biliklərinizi artırmağınız vacibdir. Tələb olunmadıqca DarkWeb-də aktivlik nümayiş etdirmək riskli bir addımdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory MobTop.az