KateqoriyasızWindows

Windows quraşdırarkən HDD və SSD tapılmaması probleminin həll etməyin yolları

Windows quraşdırarkən HDD və SSD tapılmaması probleminin həll etməyin yolları haqqında ətraflı olaraq bəhs edilibdir

Salam əziz oxucular, bu məqaləmizdə Windows 11 və ya 10 formatlayanda  “Diskləri tapmaq mümkün deyil” xətası istifadəçilər arasında geniş yayılmış bir problemdir. Bu məsələ əsasən disk bölmələrinin, BIOS/UEFI konfiqurasiyalarının və ya sürücü çatışmazlığının düzgün qurulmaması səbəbindən yaranır. Problemin həllinə dair ətraflı nümunələr və addımlar aşağıda təqdim olunur.

SATA rejiminin dəyişdirilməsi ilə başlayaq 

BIOS və ya UEFI-də SATA -ın düzgün rejimdə olmaması diskin görünməməsinə səbəb ola bilər. AHCI və ya RAID rejimlərinin dəyişdirilməsi ilə bu problem həll edilə bilər.

Atacağımız addımlar aşağıdakı kimidir

  1. Kompüterinizi restart edib yenidən başladın.
  2. BIOS və ya UEFI-yə daxil olun:

 Bunun üçün hər bir komputerin modellərindən aslı olaraq dəyişir amma adətən düymələrindən birini istifadə edin 

F2, Del, F10 və ya Esc

 

  1. BİOS-a daxil olduqdan sonra Storage Configuration və ya SATA Mode seçimini tapın.
  2. AHCI rejimini aktivləşdirin.
    • Əgər RAID və ya IDE aktivdirsə, bunu AHCI olaraq dəyişdirin.
  3. Dəyişiklikləri yadda saxlayın və kompüteri yenidən başladın.

Aaşağıdakı nümunə üçün:
Dell laptopda SATA rejimini dəyişmək:

  1. BIOS bölməsinə keçin.
  2. Advanced > SATA Operation.
  3. AHCI seçin və dəyişiklikləri yadda saxlayın.

Düzgün driverin yüklənməsinə diqqət yetrilməlisiniz ki, HDD və ya SSD -i görmək üçün

Bəzən quraşdırma zamanı quraşdırıcı diskinizi tanıya bilmir, çünki tələb olunan SATA və ya NVMe sürücüləri yoxdur.

Addımlar aşağıdakı kimidir

  1. Kompüter və ya anakart istesal edən şirkətin aytına daxil olun.
  2. SATA, NVMe və ya RAID sürücülərini yükləyin.
  3. Bu sürücüləri USB yaddaşa kopyalayın.
  4. Windows quraşdırması zamanı disklər görünməzsə, “Sürücü yüklə” seçimini basın.
  5. USB vasitəsilə yüklənmiş sürücünü göstərin və quraşdırmanı davam etdirin.

Nümunədəki kimi aşağıda adı qeyd olunan driveri yükləməliyik


Komputerinizə qoşulu olan diskin GPT və ya MBR formatına baxmaq laızmdır.

Disk bölmələrinin formatı quraşdırma zamanı problem yarada bilər. UEFI rejimi üçün disk GPT formatında olmalıdır, lakin köhnə BIOS rejimində MBR daha uyğundur.

Addımlar

  1. Windows quraşdırma ekranında Shift + F10 basaraq Terminalı  açın.
  2. Diskpart tool-undan istifadə edin:
    diskpart
    list disk
    select disk X  # (X diskin nömrəsidir)
    clean  # Bütün məlumatları silir
    convert gpt  # GPT formatına keçir (və ya convert mbr)
    exit
    

    Yuxarıdakı əməliyyatları etdikdən sonra format-üçün  yenidən cəhd edin.

Nümunədəki kimi sizin HDD və ya SSD -in növünə uyğyun olaraq 

Əgər diskin növü MBR-dirsə və siz UEFI istifadə edirsinizsə, GPT-ə çevirmək lazımdır.


Yuxarıdakı addımları etdik yenədə format getmirsə Fast Boot və Secure Boot-u deaktivləşdirmək lazımdır.

Bu rejimlər disklərin görünməməsinə səbəb ola bilər, xüsusən də fərqli diskləri istifadə edirsinizsə.

Addımları aşağıdakı kimidir

  1. BIOS və ya UEFI-yə daxil olun.
  2. Boot və ya Security menyusunu tapın.
  3. Secure BootFast Boot seçimlərini deaktiv edin.
  4. Dəyişiklikləri yadda saxlayın və kompüteri yenidən başladın.:

Lenovo laptoplarda isə konfiqlər aşağıdakı kimidir:

  • BIOS-dan Secure Boot-u söndürün və yenidən yoxlayın.

Yeni quraşdırma üçün iso-u yenidən yaratmaq laızmdır.

Zədələnmiş quraşdırma faylları diskin görünməməsinə səbəb ola bilər.

Atacağımız addımlar aşağıdakı kimidir:

  1. Rəsmi Microsoft Media Creation Tool vasitəsilə yeni USB-ə Windows-un versiyasını yazın
  2. Bu yeni fayllarla quraşdırmanı yenidən cəhd edin.

Nümunədəki kimi

  • USB-də yaratdığınızyeni Windows-a baxın problemin həll olub olmamasına baxın

Hardware problemlərini yoxlayın

Bəzən xəta diskin özü ilə bağlı ola bilər.

 

Aşağıdakı addımları izləmək laızmıdr

  1. Diskin düzgün qoşulmasını yoxlayın.
  2. Diskinizi başqa kompüterdə sınayın.
  3. Əgər problem qalırsa, diskin dəyişdirilməsi lazım ola bilər.

Bu üsulları tətbiq edərək probleminizi həll edə bilərsiniz. Əgər hər hansı üsul işə yaramasa, aşağıda qeyd olunan video ilə ətraflı tanış ola bilərsiniz.

 

 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az