Linux

Linux terminal ilə İnternet sürətinin yoxlanması.

Bu yazıda Linux-distrolarda  terminaldan internet sürətinizi necə  etmək barədə danışacağam.

İnternet sürəti ilə bağlı problemlərlə qarşılaşdıqda, bunu diaqnoz etmək üçün Bandwith  ölçürük və internet sürətinin haradan qaynaqlandığını öyrənməyə çalışırıq. İstifadəçilər internet  sürətini ölçmək üçün populyar sayt olan  speedtest.net saytından sürtini ölçür. X Window sistemində (veb server, Linux əməliyyat sistemi, bulud Linux sistemi və s.) əgər qrafika quraşdırılmayıbsa,  terminaldan test etmək sizin üçün yaxşı həll yolu olacaq.Unudulmamalıdır ki, X qrafik mühiti olmayan Linux VPS və s. Serverlərin sayı kifayət qədər çoxdur.  terminal vasitəsilə serverdə sürət testini yerinə yetirməyin yeganə etibarlı yolu kimi görünür. 🙂

Quraşdırılacaq alətlər

Sistemdə aşağıdakı iki alət quraşdırılmalıdır.

Debian/Ubuntu : apt-get install python && apt-get install wget

RHEL/CentOS : yum install python && yum install wget

Test mərhələsi

 

Skript faylını sistemə  alət kimi quraşdırmadan əvvəl aşağıdakı terminaldan  istifadə etməklə sürət testinin nümunəsi həyata keçirilə bilər. Bu skript faylını bəyənirsinizsə, quraşdırma mərhələsinə davam edərək onu sadə bir alət kimi istifadə edə bilərsiniz.

root# wget -O - https://raw.github.com/sivel/speedtest-cli/master/speedtest_cli.py | python 

Nümunə kod aşağıdak kimidir.

Retrieving speedtest.net configuration...
Retrieving speedtest.net server list...
Testing from *********** (xxx.xxx.xxx.xxx)...
Selecting best server based on latency...
Hosted by ********** [6.14 km]: 13.613 ms
Testing download speed........................................
Download: 13.35 Mbit/s
Testing upload speed..........................................
Upload: 8.12 Mbit/s

Quraşdırma mərhələsi

Bu skript faylını tool kimi istifadə etmək istəyirsinizsə, aşağıdakı addımları izləyə bilərsiniz. Beləliklə, həmişə gedib o uzun əmri yazmaq əvəzinə, sürət testi üçün (speedtest) əmrindən istifadə etmək kifayət edəcəkdir.

root# wget https://raw.github.com/sivel/speedtest-cli/master/speedtest_cli.py
root# chmod u+rx speedtest_cli.py
root# mv speedtest_cli.py speedtest
root# mv speedtest /usr/local/bin/
root# chown root:root /usr/local/bin/speedtest 

Quraşdırma mərhələsindən sonra aşağıdakı komandadan  istifadə edərək sürət testi həyata keçirilə bilər.

root# speedtest
Retrieving speedtest.net configuration...
Retrieving speedtest.net server list...
Testing from ************ (xxx.xxx.xxx.xxx)...
Selecting best server based on latency...
Hosted by ********* [98.07 km]: 86.533 ms
Testing download speed.......................................
Download: 11.45 Mbit/s
Testing upload speed.........................................
Upload: 9.25 Mbit/s

Sürət test sürətinizi paylaşmaq istəyirsinizsə, aşağıdakı komandadan  istifadə edə bilərsiniz. Sizə veriləcək HTTP saytına daxil olmağı unutmayın. 🙂

root# speedtest --share
 
Share results: https://www.speedtest.net/result/4880976530.png 

Aşağıdakı komandadan istifadə edərək, məsafəyə görə qeyd  edilmiş speedtest.net serverlərinin siyahısını görə bilərsiniz. Əgər irəliləmək istəyirsinizsə, enter düyməsini, səhifə-səhifə irəliləmək üçün isə boşluq düyməsini sıxa bilərsiniz.

root# speedtest --list | less
 
1022) DGN Teknoloji (Bursa, Turkey) [6.14 km]
7341) IDEAL HOSTING (Bursa, Turkey) [6.14 km]
5878) OPLAVUS TELEKOM (Bahcelievler, Turkey) [97.30 km]
3151) Vodafone TR (Istanbul, Turkey) [98.07 km]
7111) Fibersunucu internet Hizmetleri (Istanbul, Turkey) [98.07 km]

Aşağıdakı komandadan istifadə edərək sürətli test versiyasını öyrənə bilərsiniz.

root# speedtest --version
0.3.4  

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button