Rusiya Xarici İşlər Nazirliyi bir neçə saat davam edən kiberhücum barədə məlumat verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova kiberhücumla bağlı “görünməmiş miqyasda” açıqlama verib.
Dünyanın səbirsizliklə nəticəsini gözlədiyi BRİKS Sammiti davam edərkən Moskva vaxtı ilə saat 10:00-14:00 arasında Rusiya Xarici İşlər Nazirliyinin internet saytına misli görülməmiş kiberhücum baş verib.
Ria Novosti-də yer alan xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, “Biz müntəzəm olaraq saytımıza hücumlarla qarşılaşırıq. Bununla belə, bugünkü kiberhücum görünməmiş miqyasdadır”, – deyə o bildirib.
Zaxarova bildirib ki, nazirliyin texniki xidmət qrupları sayta girişi bərpa etmək üçün çalışır.
“Biz sayta girişi təmin etmək üçün yeni məlumat əlavə etməmək qərarına gəldik” deyən Zaxarova, “Biz düşünürük ki, bu cür düşmən təsirlər bu günlərdə Kazanda uğurla keçirilən BRİKS sammiti tədbirləri ilə bağlı ola bilər”.