Linux

AlmaLinux və Rocky linux arasındakı əsas fərqlər — Hansını seçməliyik?

Linux dünyasında ən məşhur və etibarlı əməliyyat sistemlərindən biri də Red Hat Enterprise Linux (RHEL) olub. Ancaq RHEL pullu sistem olduğuna görə, bir çox istifadəçi pulsuz və açıq mənbə alternativlərinə üstünlük verir. Əvvəllər bu sahədə CentOS çox məşhur idi. Lakin CentOS-un inkişaf modeli dəyişəndən sonra onun yerini doldurmaq üçün AlmaLinux və Rocky Linux yaradıldı.

Bu yazıda AlmaLinux və Rocky Linux nədir, aralarındakı fərqlər nələrdir, hansını seçmək daha yaxşıdır — hamısını sadə şəkildə izah edəcəyik.

CentOS niyə dəyişdi?

Əvvəlcə qısa tarixçəyə baxaq. CentOS əvvəllər RHEL-in pulsuz klonu idi və milyonlarla istifadəçi onu serverlərdə işlədirdi. Lakin 2020-ci ildə Red Hat şirkəti CentOS-un əvvəlki stabil modelini ləğv edib, onun yerinə CentOS Stream adlı daha fərqli bir model təqdim etdi. Bu model isə stabil versiya deyil, sanki test üçün hazırlanmış variant idi.Bu dəyişiklikdən sonra istifadəçilər sabit, təhlükəsiz və pulsuz alternativlər axtarmağa başladılar. Nəticədə AlmaLinux və Rocky Linux yaradıldı.

AlmaLinux bədir?

AlmaLinux 2021-ci ildə CloudLinux şirkətinin təşəbbüsü ilə yaradıldı. Məqsəd Red Hat Enterprise Linux-a tam uyğun, pulsuz və açıq mənbə kodlu sistem hazırlamaq idi.

 

AlmaLinux-un əsas xüsusiyyətlərinə göz gəzdirək

  1. Tam Pulsuzdur:   İstifadə etmək üçün heç bir ödəniş tələb olunmur.
  2. RHEL ilə Tam Uyğunluq:  AlmaLinux, Red Hat Enterprise Linux ilə tam eynidir, sadəcə adları fərqlidir.
  3. Təhlükəsizlik: AlmaLinux təhlükəsizlik sahəsində ciddi addımlar atır, məsələn FIPS sertifikatlarını almağa çalışır.
  4. Kommersiya Dəstəyi: İstəsəniz kommersiya dəstəyi də ala bilərsiniz, bu da korporativ istifadə üçün faydalıdır.
  5. Bulud və Virtual Mühitlər üçün Əladır: AlmaLinux cloud mühitlərdə və virtual serverlərdə mükəmməl işləyir.

 

Rocky Linux nədir?

Rocky Linux isə CentOS-un qurucusu Gregory Kurtzer tərəfindən yaradılıb. Onun məqsədi CentOS-un əvvəlki stabil modelini yenidən canlandırmaq idi. Rocky Linux da RHEL ilə tam uyğundur və açıq mənbədir.

Rocky Linux-un əsas xüsusiyyətlərinə nəzər salaq

  1. Tam Pulsuzdur: Heç bir lisenziya haqqı yoxdur.
  2. CentOS-un Varisi: Çoxları Rocky Linux-u CentOS-un əsl davamçısı hesab edir.
  3. İcma Yönümlüdür: İnkişafı əsasən icma üzvləri tərəfindən idarə olunur.
  4. Yüksək Performans: Xüsusilə elmi araşdırmalar, yüksək performanslı kompüterlər (HPC) üçün uyğundur.
  5. CIQ Dəstəyi: İstəsəniz kommersiya dəstəyi üçün CIQ şirkətinə müraciət edə bilərsiniz.

AlmaLinux və Rocky Linux arasındakı fərqlərə nəzər saldıqda
Texniki cəhətdən hər iki sistem eyni funksiyaları yerinə yetirir. Amma fərqlər idarəetmə, icma və kommersiya dəstəyi səviyyəsindədir.

Xüsusiyyət AlmaLinux Rocky Linux
İdarə edən şirkət AlmaLinux OS Foundation Rocky Enterprise Software Foundation
Sponsor CloudLinux şirkəti CIQ və icma
Fokus Serverlər, bulud mühiti, təhlükəsizlik HPC, elmi tədqiqatlar, CentOS istifadəçiləri
Təhlükəsizlik Sertifikatları FIPS və digər rəsmi standartlar Sertifikat var, amma əsas prioritet deyil
Kommersiya dəstəyi AlmaCare CIQ şirkəti
Qrup aktivliyi Balanslı inkişaf Daha çox icma yönümlü

 

Bəs hansı daha yaxşıdır?
  1. Əgər şirkət mühitində istifadə edəcəksinizsə, təhlükəsizlik və kommersiya dəstəyi vacibdirsə, o zaman AlmaLinux daha yaxşı seçimdir.
  2. Əgər CentOS istifadəçisisiniz və sabit, icma dəstəkli bir sistem axtarırsınızsa, o zaman Rocky Linux ideal variantdır.
  3. Yüksək performanslı hesablamalar və elmi işlər üçün Rocky Linux daha çox istifadə olunur.

Hər iki sistem də RHEL-in pulsuz klonudur və eyni funksiyaları yerinə yetirir. Fərq sadəcə idarəetmə, sponsorluq və icma fəallığı ilə bağlıdır. Hər iki sistemə istənilən zaman keçmək mümkündür və istifadəçilər üçün heç bir əlavə çətinlik yaratmır.

Əgər seçim etməkdə tərəddüd edirsinizsə, sadəcə ehtiyacınızı müəyyən etmək lazımdır.

  • Təhlükəsizlik və kommersiya dəstəyi vacibdirsə: AlmaLinux
  • İcma və CentOS ruhunu davam etdirmək istəyirsinizsə: Rocky Linux

 

AlmaLinux yükləmə linkləri

http://Rəsmi Sayt

Birbaşa yükləmə səhifəsi:

 

Rocky Linux yükləmə linkləri

Rəsmi Sayt:

Birbaşa Yükləmə Səhifəsi:

Torrent Yükləmə:

Bulud İmici

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button