Linux distrolarında fayl icazələri (permissions) sistemin təhlükəsizliyini təmin etmək və user-lərin fayllara giriş icazələrini idarə etmək üçün istifadə olunur. Hər bir fayl və folder üç növ istifadəçi qrupu üçün icazələrə malikdir:
1- User (Owner): Faylın sahibi.
2- Qrup (Group): Faylın sahib olduğu qrup. Bu qrupun üzvləri müəyyən edilmiş icazələrə sahib olurlar.
3- Digər (Others): Fayla giriş icazəsinə malik olan, lakin nə sahibi, nə də qrupu olmayan bütün digər istifadəçilər.
Hər bir user qrupu üçün üç əsas icazə növü mövcuddur:
1 – Oxu (Read) (r): Faylın məzmununu oxumaq imkanı verir.
2 – Yazı (Write) (w): Faylın üzərinə yazmaq və ya dəyişiklik etmək imkanı verir.
3- (Execute) (x): Fayl icra edilə biləndirsə, onu işə salmaq imkanı verir.
Bu icazələr fayl və qovluqlar üçün aşağıdakı kimi işləyir:
Fayl üçün:
r: Faylı oxumaq imkanı.
w: Faylı redaktə etmək imkanı.
x: Faylı icra etmək imkanı.
Folder üçün:
r: Folderdəki faylların siyahısını görmək imkanı.
w: Folderdəki fayl və ya qovluq yaratmaq və ya silmək imkanı.
x: Folderə daxil olmaq və ona aid faylları açmaq imkanı.
İcazələri yoxlamaq
Fayl və ya qovluq icazələrini yoxlamaq üçün ls -l əmrindən istifadə edilir. Bu əmr nəticəsində fayl və qovluq haqqında detallı məlumat, o cümlədən icazələr göstərilir. Məsələn:
- İlk simvol faylın növünü göstərir (
-
adi fayl,d
folder,l
simvolik keçid). - Növbəti üç simvol sahibin icazələrini göstərir (rwx).
- Sonrakı üç simvol qrupun icazələrini göstərir (r-x).
Son üç simvol isə digər istifadəçilərin icazələrini göstərir (r--
).
İcazələri dəyişdirmək
Fayl icazələrini dəyişdirmək üçün chmod
əmri istifadə olunur. chmod
əmrindən istifadə edərək icazələri həm simvolik (r, w, x) üsulla, həm də rəqəmlərlə (oktal notasiya) dəyişmək olar.
Simvolik üsul:
Nümünə üçün, chmod 755 file adı
əmri fayla rwxr-xr-x
icazələrini verir. Bu halda, sahib tam icazələrə malikdir, qrup və digər istifadəçilər isə yalnız oxuma və icra etmə icazəsinə malikdir.
Bu, Linux distrolarında faylların icazələrinə dair əsas məlumatları əhatə edir. Fayl icazələrinin düzgün qurulması sistemin təhlükəsizliyini qorumaq üçün vacibdir.