Linux

Ən yaxşı linux distrosu

Ən yaxşı linux distrosu sizin ücün hansı distro uyğundur?

Linux, açıq mənbə kodlu və çoxsaylı istifadə mümkünlüyü ilə tənqidçilər və tərəfdarlar arasında populyarlıq qazanan əməliyyat sistemidir. Bir çox Linux distrosu (distribusiyası) mövcuddur və onlar hər biri fərqli istifadəçi ehtiyaclarına uyğun olaraq hazırlanmışdır. Ancaq hansı distro sizin üçün uyğundur? Bu sualın cavabı sızın təcrübənizə, tələblərinəzə və məqsədlərinizə bağlıdır. Bu məqalədə əsas Linux distroları haqqında danışacaq və hansısının sizin üçün daha uyğun olduğunu öyrənməyinizə kömək edəcəyik.

Yeni başlayanlar üçün linux distrolarına nəzər salaq.

Ubuntu üstünlükləri çox geniş icma dəstəyi, istifadəsi asan interfeys, zəngin proqram depoları.Uyğunluq baxımından  həm yeni istifadəçilər, həm də təcrübəli geliştiricilər üçün uyğundur.

Linux Mint Üstünlüklərinə nəzər salsaq  sadə və istifadə dostu Cinnamon masaüstü mühiti, Ubuntu əsaslı olduğundan geniş proqram uyğunluğu vardır.Uyğunluq: Windows-dan Linux-a keçmək istəyənlər üçün mükəmməl seçimdir.

Proqramçıların üçün linux distroları proqramçıların ehtiyaclarını qarşılamaq üçün əlverişli alətlər və sabitlilik təklif edən distrolar vacibdir.

Fedora üstünlüklərinə nəzər salaq  son texnologiyaları tez adaptasiya edir, Red Hat əsaslı olduğu üçün peşəkar mühitlərə uyğundur.

Arch Linux Üstünlüklərinə sizinlə birlikdə nəzər salsaq maksimum konfiqurasiya azadlığı, Rolling Release model.Uyğunluq baxımından isə təcrübəli və öz sistemini detallaşdırmaq istəyən proqramçılar üçün əvəzsizdir.

Sistem Administratorları üçün linux distrolarına nəzər salsaq Server idarəetməsi və sistem stabil bir şəkildə idarə olunması ünvanlandıqda bu distroları nəzərdə saxlayın.

CentOS Stream  Üstünlüklərinə baxdıqda  Red Hat əsaslı stabil mühit, uzunmüdətli dəstək və uyğunluq baxımından isə  Server idarəetməsi və korporativ istifadə üçün tövsüyə olunur.

Debian Üstünlüklərinə baxdıqda  stabil və  sistemi, geniş proqram deposu mövcuddur.

Kiber təhlükəsizlik mütəxəssisləri  üçün nəzərdə tutulan linux distrolarına nəzər saldıqda kiber təhlükəsizlik sahəsində işləmək istəyənlər üçün mütəxəssis alətləri daxil edilmiş distrolar vacibdir.

Kali Linux Üstünlükləriə baxdıqda penetrasiya testi və kiber təhlükəsizlik alətləri ilə birlikdə gəlir.Uyğunluq baxımından kiber təhlükəsizlik və test mühiti yaratmaq istəyənlər.

Parrot OS Üstünlükləriə nəzər saldıqda isə kiber təhlükəsizlik, anonimlik və proqramçılar üçün optimallaşdırılmış bir distorudr.Uyğunluq baxımından isə kiber təhlükəsizlik və məxfilik mühitinə ehtiyac duyanlar üçün əvəz edilməz bir distorudur.

Sonda isə qeyd etmək istərik ki, hər bir Linux distrosu fərqli ehtiyaclara cavab verir. Əgər yeni başlayırsınızsa, Ubuntu və ya Linux Mint kimi istifadəsi asan distrolarla başlamağı təklif edirik. Proqramçılar üçün Fedora və ya Arch Linux, sistem administratorları üçün isə CentOS Stream və ya Debian daha uyğundur. Kiber təhlükəsizlik sahəsində işləmək istəyənlər Kali Linux və ya Parrot OS-a baxa bilərsiniz. Sizin ehtiyaclarınıza ən uyğun olan distroyu tapmaq üçün test etməkdən qorxmayın. Linux-un elastikliyi sizə ən yaxşı sistem təcrübəsi təklif edəcək

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button