Linux-da Windows-dakı kimi C və D diskini yaratmaq
Salam əziz oxucular bu gün siz çoxumuzun Linux distrolarına keçməməy istmədiyimiz səbəblərdən biridə Linux-da Windows-da olduğu kimi disk bölmələri (partitions) yaratmaq üçün müxtəlif alətlər və metodlar istifadə olunur. “C” və “D” diskləri Windows-da sadəcə fərqli bölmələrə təyin olunan sürücü hərfləridir. Linux-da belə bir sistem yoxdur, ancaq siz eyni nəticəni fayl sistemləri ilə əldə edə bilərsiniz.Aşağıda Linux-da necə əlavə disk bölmələri yaratmaq barədə bir məqalə paylaşacam.
Komputerinizə qoşulu olan disklərinizin mövcud vəziyyətini yoxlamaq üçün,terminalda aşağıdakı komandadan istifadə edə bilərsiniz.Bu komanda mövcud disk və bölmələrin siyahısını göstərəcək.
lsblk
alternatici olaraq bu komanda ilə yoxlaya bilərsiniz
sudo fdisk -l
Tutaq ki, siz sdb adlı əlavə diskə bölmə yaratmaq istəyirsiniz. Bunun üçün fdisk və ya daha müasir parted alətindən istifadə edə bilərsiniz.Fdisk istifadə edərək bölmə yaratmaq üçün
sudo fdisk /dev/sdb
n — Yeni bir bölmə yaradın.
p — Bölməni ilkin (primary) olaraq təyin edin.
w — Dəyişiklikləri yadda saxlayıb çıxın. Default parametrləri qəbul edərək ölçü və başlanğıc sektoru seçin.
Parted tool-dan istifadə edərək bölmə yaratmaq üçün parted alətini işə salın və diski GPT olaraq formatlayıb bölməni yaradın.
sudo parted /dev/sdb
mklabel gpt
mkpart primary ext4 0% 100%
Fayl sistemi yaradın. Yaradılan bölməni formatlayaraq fayl sistemi qurmaq lazımdır. Məsələn, ext4 fayl sistemini istifadə etmək üçün
sudo mkfs.ext4 /dev/sdb1
formatlandıqdan sonra qaldı digər proseslər.Bölməni qoşun (mount edin) Qoşma üçün bir qovluq yaradıb və partitionu qovluğa qoşun lazımdır.
sudo mkdir /mnt/disk1
sudo mount /dev/sdb1 /mnt/disk1
Komputer restratdan sonra avtomatik qoşulması üçün /etc/fstab faylını redaktə edin
echo '/dev/sdb1 /mnt/disk1 ext4 defaults 0 2' | sudo tee -a /etc/fstab
Qaldı ki, diskləri “C” və “D” kimi təşkil etmək Linux-da adətən bu yanaşma yoxdur, lakin Windows-dakına bənzər bir struktur yaratmaq üçün diskləri uyğun qovluqlara qoşa bilərsiniz. Məsələn
sudo mkdir /mnt/c_drive sudo mkdir /mnt/d_drive sudo mount /dev/sdb1 /mnt/c_drive sudo mount /dev/sdc1 /mnt/d_drive
Bu proses tamamlandıqdan sonra, Linux sistemində Windows-da olduğu kimi “C və D” disklərinə bənzər bölmələr yaratmış olacaqsınız. Fayllarınızı bu bölmələrə yerləşdirərək istədiyiniz kimi istifadə edə bilərsiniz.