Linux-da rənglərə əsasən fayl və qovluq növlərini müəyyən edək
Linux-da rənglər əsasən fayl və qovluq növlərini müəyyən etmək üçün istifadə olunur.
Xüsusən də ls –color=auto əmri və ya ls əmri vasitəsilə terminalda rənglər göstərilə bilər. Burada bəzi əsas rənglərin mənaları verilmişdir.Fayl və qovluqun növlərinə görə rənglər aşağıdakı kimidir.
- Mavi: Qovluqlar (directories).
- Yaşıl: İcra edilə bilən fayllar (executables və ya scriptlər).
- Açıq Mavi (Cyan): Simvolik linklər (symbolic links).
- Qırmızı: Arxivlər və ya sıxılmış fayllar (tar, zip, gzip və s.).
- Magenta: Sıfır ölçülü fayllar.
- Sarı (ağ fonlu terminalda qara sarı görünə bilər): Cihaz faylları (block və ya character devices).
- Qırmızı fonlu qara mətn: Qırılmış (broken) linklər.
Rəng ayarlarını tənzimləmək üçün edəcəyimiz addımalar bunlardır.Rənglər LS_COLORS environment dəyişəni ilə tənzimlənə bilər. Bunun üçün aşağıdakı komandanı istifadə edə bilərsiniz
echo $LS_COLORS
Bu dəyişən rənglərin hansı növ fayllar üçün tətbiq olunacağını müəyyən edir.Əgər rəngləri görmək istəmirsinizsə, aşağıdakı komandadan istifadə edərək baxa bilərsiniz
ls --color=never
Əgər rəngləri özünüzə uyğun dəyişmək istəyirsinizsə, ~/.bashrc və ya ~/.zshrc faylınıza uyğun olaraq LS_COLORS dəyişənini konfiqurasiya edə bilərsiniz. Bunun üçün dircolors alətindən də istifadə etmək mümkündür
eval $(dircolors)