Kibertəhlükəsizlik

Şifrələrdə simvolların istifadəsi

Şifrələrdə müxtəlif simvollardan istifadə edilməsinin əhəmiyyəti

Salam əziz dostlar,bu gün sizə şifrələrdə niyə müxtəklif simvollardan istifadə etdiyimizi haqqında danışacağıq.Bu günkü rəqəmsal dövrümüzdə şəxsi məlumatların təhlükəsizliyi önəmli bir məsələdir.

Şifrələr, şəxsi hesablarımıza və onlayn xidmətlərə girişin qorunması üçün istifadə olunan əsas təhlükəsizlik vasitələrindən biridir. Lakin, sadə şifrələr (məsələn, yalnız rəqəmlər və ya sadə hərflərlə tərtib olunan) təhlükəsizlik baxımından zəifdir və asanlıqla sındırıla bilər. Bu səbəbdən şifrələrdə müxtəlif simvolların istifadəsi xüsusilə önəmlidir. Məqsədimiz bu məqalədə şifrələrdə müxtəlif simvollardan istifadə etməyin nə üçün vacib olduğunu və şifrənin gücləndirilməsinin yollarını ətraflı şəkildə izah etməkdir.

Bir şifrənin gücü onun mürəkkəbliyi ilə əlaqəlidir. Bir şifrə nə qədər çox müxtəlif simvol növü (kiçik hərflər, böyük hərflər, rəqəmlər və xüsusi simvollar) ehtiva edirsə, o qədər çətin sındırılır. Məsələn, yalnız kiçik hərflərdən ibarət bir şifrə (məsələn, “abcxyz”) çox asanlıqla tapıla bilər, amma eyni şifrəni böyük hərflər, rəqəmlər və xüsusi simvollarla (məsələn, “Abc!123Xyz#”) daha mürəkkəb etmək onu sındırmaq üçün daha çox zaman və hesablama resursları tələb edir.Ən əsaslarından biridə Brute-force hücumları, şifrələri təxmin etmək üçün bütün mümkün kombinasiyaların yoxlanılması üsuludur. Ən zəif şifrələr, yalnız bir neçə simvol növündən istifadə edildiyi üçün bu tip hücumlara qarşı həssasdır. Lakin, şifrədə müxtəlif simvollar (kiçik və böyük hərflər, rəqəmlər, xüsusi simvollar) istifadə edildikdə, kombinasiya sayı kəskin şəkildə artır. Bu, hücumçuların şifrəni tapmaq üçün daha çox vaxt sərf etmələrini təmin edir.  Məsələn, yalnız kiçik hərflərdən ibarət bir şifrənin kombinasiya sayı 26^8 (təxminən 208 milyard) ola bilər, amma eyni uzunluqdakı şifrə böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvollarla birləşdirildikdə, kombinasiya sayı 95^8 (təxminən 6,6 trilyon) ola bilər. Bu böyük fərq, şifrənin sındırılmasını daha çətin edir. Dictionary və Hybrid Kəskin hücumlar (dictionary attacks) əvvəlcədən müəyyən edilmiş, ümumi şifrələrdən ibarət siyahıları yoxlayaraq şifrəni tapmağa çalışır. Məsələn, çox sayda istifadəçi “123456” və ya “password” kimi sadə şifrələrdən istifadə edir. Bu hücumlar üçün şifrəni mürəkkəbləşdirmək üçün xüsusi simvolların əlavə edilməsi vacibdir. Bir şifrə yalnız rəqəmlərdən ibarət olsa belə, müxtəlif növ simvollarla qarışdırıldığında, kəskin hücumlar ilə sındırılması çətinləşir.

İstifadəçilərin şifrələri tez-tez müxtəlif onlayn xidmətlərdə və platformalarda eyni və ya oxşar şəkildə istifadə etmələri təhlükəsizlik riski yaradır. Bir platformada istifadəçi adı və şifrəni ələ keçirildikdə, digər hesablarına da giriş əldə edilməsi mümkündür. Müxtəlif simvolların istifadəsi, şifrənin unikal və təkrarlanmaz olmasını təmin edir. Bu, “password reuse” (şifrənin təkrar istifadəsi) problemini aradan qaldırmağa kömək edir.Şifrənin İzlənməsi və təxmin edilməsi çətinləşir Bəzən istifadəçilər şifrələrini yadda saxlamaq üçün asan və təkrarlanan ardıcıllıqlardan istifadə edirlər (məsələn, “qwerty123” və ya “abcd!1234”). Belə şifrələr sadə şəkildə təxmin edilə bilər. Lakin, müxtəlif simvollar və gözlənilməz kombinasiya istifadə edildikdə, şifrənin izlənməsi və təxmin edilməsi çox çətinləşir.

Məlumatların şifrələnməsi və cihazların qorunması üçün Bəzi xüsusi simvollar şifrələmək üçün istifadə olunan algoritimlərdə xüsusi rola malikdir. Bəzi simvollar və strukturlar, məlumatların şifrələnməsi prosesində əlavə qoruma təklif edə bilər. Bu xüsusiyyətlər, şifrələrdə xüsusi simvolların istifadəsinin digər təhlükəsizlik xüsusiyyətləri ilə əlaqəli olduğunu göstərir.ir çox təhlükəsizlik standartları və təlimatları, şifrələrin mürəkkəb olmasını tələb edir. Məsələn, NIST (Milli Standartlar və Texnologiya İnstitutu) tərəfindən verilən təlimatlar, şifrələrin uzunluğunu, müxtəlif simvollardan istifadəni və təkrar etməmək qaydalarını nəzərdə tutur. Bu tələblər, məlumatların qorunmasına yönəlik ən yaxşı təcrübələrin tətbiqinə kömək edir.

Qeyd: Şifrələrdə müxtəlif simvollardan istifadə etmək, məlumatların təhlükəsizliyini artırmaq və şifrələrin sındırılmasını çətinləşdirmək üçün vacibdir. Bu, həmçinin müxtəlif şifrə hücumlarına (brute-force, kəskin və ya hybrid hücumları) qarşı qorunma təmin edir və məlumatların qorunmasını təmin etmək üçün ən yaxşı praktikalara uyğunluq göstərir. Şifrələrin gücləndirilməsi, həm şəxsi məlumatların təhlükəsizliyi, həm də ümumi onlayn təhlükəsizlik üçün müasir dövrün tələblərinə uyğun bir yanaşmadır. Bu səbəbdən istifadəçilər, şifrələrində müxtəlif simvolları, böyük və kiçik hərfləri, rəqəmləri və xüsusi simvolları istifadə etməlidirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az