Linux-da əsas əmrlər
Linux əməliyyat sistemi, güclü və çevik bir mühit təklif edir. Sistem Adminləri və istifadəçiləri üçün bir çox əmrlər vardır ki, bunlar sistemin idarə olunmasını, fayl və dizinlərin idarə edilməsini, proqramların quraşdırılmasını və sistem resurslarının izlənilməsini asanlaşdırır. Aşağıda, Linux-da ən əsas əmrlərin qısa izahları təqdim olunur.
1. pwd (Print Working Directory)
Olduğunuz qovluğu göstərir.
Nümunə kod: pwd
2. ls (List)
Bir qovluqdakı faylları və alt qovluqları siyahıya alır.
Nümunə kod:ls
Əlavə seçimlərlə istifadə:
3. cd (Change Directory)
Qovluqlar arasında hərəkət etmək üçün istifadə olunur.
4. mkdir (Make Directory)
Yeni bir qovluq yaradır.
Nümunə olaraq:mkdir yeni_qovluq
Boş bir qovluğu silir.
rmdir evvelki_qovluq
6.rm (Remove)
Faylları və qovluqları silmək üçün istifadə olunur.
Nümunı olaraq: rm sened.txt
rm -r: Qovluqları və onların içərsiindəki sənədlərlə birlikdə silmək üçün istifadə olunur.
Mənbə qovluğunu (
menbe_qovluq
) təyinat qovluğuna (hedef_qovluq
) kopyalayır.
8.mv (Move)
Fayl və ya dizini köçürmək və ya adını dəyişdirmək üçün istifadə olunur.
9.cat (Concatenate)
Faylın içərsini terminalda göstərir.
10.nano və ya vim (Text Editor)
Faylları redaktə etmək üçün istifadə olunan mətn redaktorlarıdır.
- nano: İstifadəsi asan, sadə bir mətn redaktorudur.
- vim: Güclü, lakin daha kompleks bir redaktordur, çoxsaylı funksiyalar və klaviatura qısa yolları ilə istifadə olunur
Nümnə olaraq: nano sened.txt
11.sudo (SuperUser DO)
Admin (root) hüquqları tələb edən əmrləri icra etmək üçün istifadə olunur.
Nümunə olaraq: sudo apt update
12.apt və ya yum (Package Manager)
Proqram paketlərini idarə etmək üçün istifadə olunur (Debian/Ubuntu üçün apt, RedHat/CentOS üçün yum).
Nümunı olaraq: sudo apt install yüklənəcək paketin_adi
13.chmod
(Change Mode)
Fayl və ya qovluq icazələrini dəyişdirmək üçün istifadə olunur
Nümunı olaraq: chmod 755 fayl.txt
14.chown (Change Ownership)
Fayl və ya qovluğun sahibini dəyişdirmək üçün istifadə olunur.
Nümunə olaraq: sudo chown user:user fayl.txt
İşləyən prosesləri göstərir.
ps aux
Bir prosesi sonlandırmaq üçün istifadə olunur.
kill PID
Disk istifadəsini göstərir.
Bir qovluğun disk istifadəsini göstərir.
du -sh qovluqun_adi