Linux
Linuxda Redirection və Pipes anlayışı
Linuxda Redirection və Pipes Anlayışı
Linux əməliyyat sistemində Redirection (Yönləndirmə) və Pipes (Boru Xətləri) anlayışları, terminal ilə istifadə edərkən komandaların giriş və çıxışlarını idarə etməyə imkan verir.
Bu xüsusiyyətlər, komandaların elastikliyini artıraraq çıxışları fayllara yazmaq, səhvləri ayrıca bir fayla yönləndirmək və ya bir komandanın çıxışını başqa bir komandaya giriş olaraq vermək kimi əməliyyatları yerinə yetirməyə imkan yaradır.
Linuxda üç əsas məlumat axını (stream) mövcuddur:
- Standard Input (Stdin): Komandaların giriş axını, adətən klaviaturadan gəlir və fayl identifikatoru
0
-dır. - Standard Output (Stdout): Komandaların çıxış axını, adətən terminalda göstərilir və fayl identifikatoru
1
-dir. - Standard Error (Stderr): Səhv mesajları üçün istifadə olunan çıxış axınıdır və fayl identifikatoru
2
-dir.
Yönləndirmə növləri
1. Standard Output yönləndirmə
Komandanın çıxışını ekrana yazdırmaq əvəzinə bir fayla yönləndirə bilərsiniz.
- Faylı üzərinə yazma:
komanda > fayl
Nümunə:
Fayla əlavə etmə: