Linux

Linux distrolarını Active Directorya əlavə etmək

 

Salam əziz bloqumuzun oxucuları,

Bu məqaləmizdə sizə Microsoft məhsulu olan Active Directory mühitinə Linux distrolarınn necə əlavə edə və idarə edə biləcəyimizi göstərəcəyik.Hər birinizə uğurlar.

Linux distrolarını Active Directory-ə əlavə etmək, Active Directory-də saxlanılan userlərin və qrupların Linux mühitində doğrulanması və idarə olunması üçün geniş istifadə olunan bir yanaşmadır. Linux-un Active Directory-yə inteqrasiyası üçün bir neçə metod mövcuddur və əsasən aşağıdakı addımlarla həyata keçirilir:

1. NTP (Network Time Protocol) quraşdırılması və tənzimlənməsi olmalıdır

Active Directory ilə düzgün işləmək üçün sistem saatı dəqiq olmalıdır, çünki AD şəbəkəsindəki sistemlər vaxt sinxronizasiyasına həssasdır. NTP xidməti istifadə edərək Linux serverini AD domeni ilə eyni vaxt sinxronizasiyasına gətirmək lazımdır.

sudo apt install ntp        Debian ailəsi üçün

 

sudo yum install ntp     #CentOS/RHEL ailəsi  üçün

Linux distrolarda bu faylda   /etc/ntp.conf  Active Directory domeninizin NTP serverlərini əlavə edə bilərsiniz.

2. Kerberos konfiqurasiyası

Active Directory, autentifikasiya üçün Kerberos protokolundan istifadə edir. Kerberos-un düzgün qurulması Linux sisteminin AD domeninə qoşulması üçün vacibdir.

Kerberos konfiqurasiya faylını redaktə etmək üçün aşağıdakı fayla getməliyik:

 

sudo nano /etc/krb5.conf

Faylın içində aşağıdakıları domain məlumatlarını dəyişdirin və ya əlavə edin:

libdefaults]

default_realm = orxan.local

dns_lookup_realm = false

dns_lookup_kdc = true

ticket_lifetime = 24h

forwardable = yes

[realms]

YOUR.DOMAIN = {

kdc = your-ad-server.orxan.local

admin_server = orxan.local

}

[domain_realm]

.your.domain = orxan.local

your.domain = orxan.local

 

Burada “orxan.local” yerinə  sizin  Active Directory domen adını yazılmaldır.

3. Samba və Winbind quraşdırılması

Samba və Winbind Linux sistemi ilə Active Directory arasında əlaqəni təmin edir. User məlumatları və təsdiqləmə üçün bu servisdən istifadə olunur.

sudo apt install samba winbind smbclient        Debian ailəs üçün

sudo yum install samba winbind samba-client   CentOS/RHEL  ailəsi üçün

 

Samba servisinin konfiqurasiya faylını redaktə edilməlidir. Bu faylın yerləşdiyi yer aşağıdakı kimdiri:

 

sudo nano /etc/samba/smb.conf
 
 

Fayla aşağıdakı konfiqləri əlavə edin:

[global] workgroup = orxan.local security = ads realm = orxan.local kerberos method = system keytab dedicated keytab file = /etc/krb5.keytab winbind use default domain = true winbind offline logon = false idmap config * : backend = tdb idmap config * : range = 10000-20000 idmap config orxan.local : backend = rid idmap config orxan.local : range = 20000-40000 template shell = /bin/bash template homedir = /home/%U

 

Burada “orxan.local” Active Directory domen adınıza uyğun olmalıdır.

4. Winbind və Kerberos xidmətlərini işə salmaq və

avtomatik işə düşməsini təmin etmək

Servislərini işə salın və sistem başladıqda avtomatik işə düşməsi

üçün konfiqləri edin:

sudo systemctl start winbind sudo systemctl enable winbind

5. Linux-u domenə qoşmaq

Linux sistemini Active Directory domeninə qoşmaq üçün

aşağıdakı komandanı terminalda

işlədilə bilər:

sudo net ads join -U admin_user

Yuxarıda qeyd olunan admin_user Active Directory-da komputeri domain-ə salmaq üçün
nəzrdə tutulan local admin şifrəsidi
komandanı yerinə yetirilərkən, sizdən şifrə tələb olunacaq.
Əməliyyat uğurlu olarsa,
 
Joined” mesajı ilə təsdiq mesajı alacaqsınız.
 

6. Test etmək

Domenə qoşulduqdan sonra Active Directory userləri ilə giriş edə

biləcəyinizi yoxlayın:

wbinfo -u AD istifadəçilərinin siyahısını göstərir wbinfo -g AD qruplarının siyahısını göstərirUser ilə girişi yoxlaya bilərsiniz:

su - orkhan.jalalov Burda siz sizin AD yerləşən useriniz ilə giriş etməlisiniz.
 
 
Bu addımlardan sonra Linux distrolarınıı Active Directory-də
idarə olunan userləri təsdiqləyə və onlara aid icazələri tətbiq edə biləcəkdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button