Linux

Linux-da Fayl Sistemi İerarxiyası

Salam əziz dostlar,Bu gün sizə Linux-u başa düşmək istəyirsinizsə onun fayl sisteminin quruluşunu başa düşməlisiniz. Linux-da Fayl Sistemi İerarxiyası (Filesystem Hierarchy Standard – FHS) Linux əməliyyat sistemlərində faylların və folderlərin necə quruluşa malik  olunduğunu müəyyən edən standartdır. Bu ierarxiya əməliyyat sisteminin daha sürətli  işləməsini və idarə olunmasını təmin edir. Fayl sistemi köklü şəkildə təşkil olunub və root folderdən  (/) başlayır. Hər bir folderin spesifik funksiyası var.

Əsas Fayl Sistemi Folderləri  və Təyinatı:

1. / – Root Directory (Kök folderi)

Bütün fayl sisteminin əsas və ən əhəmiyyətli başlanğıc nöqtəsidir. Bütün digər folderlər  və fayllar bu folderin altında yerləşir. User və ya sistem fayllarının yerləşdiyi digər folderlərə çıxış buradan həyata keçirilir.

2. /bin – Binary İcra Edilən Fayllar

Linux distrolarının hər hansı bir əməliyyat sistemi yüklənərkən və ya təhlükəsizlik rejimində işlədikdə istifadə olunan əsas komanda  faylları burada saxlanılır. Məsələn, lscpmvrmcat və s. kimi əsas komandalar buradadır.

3. /sbin – System Binary İcra Faylları

Sistem administrasiyası ilə bağlı komandalar  bura yerləşdirilir. Bunlara sistemin konfiqurasiya və confiq  əmrləri daxildir. Məsələn, ifconfigfdiskrebootshutdown və s.

4. /home – Userin home folderi

Bu folder fərdi userlərin  şəxsi fayllarını saxladığı yerdir. Hər bir user üçün bir alt fodler  yaradılır. Məsələn, /home/user1/home/user2.

5. /root – Root userinin Ev folderi

Administrator və ya root userinin şəxsi folderidir. Bu, adi userlərin /home altında yerləşdirilməsindən fərqlidir. Root üçün xüsusi folder /root altındadır

6. /etc – Sistem Konfiqurasiya Faylları

Sistemə aid  konfiqurasiya faylları və skriptlər burda yerləşdirilir. Bu folderdə şəbəkə parametrləri, user  məlumatları, sistem parametrləri və digər konfiqurasiya faylları olur. Məsələn, passwdhostnamehostsfstab faylları buradadır.

7. /var – Dəyişən Məlumatlar

Sistemdə dəyişkən məlumatlar, yəni tez-tez dəyişən fayllar burada saxlanılır. /var/log sistem loqları, /var/spool çap və ya email kimi sıralamaalar /var/www veb server faylları burada saxlanır

8. /usr – Userin  Proqramları və Kitabxanaları

Sistemdə quraşdırılmış proqramlar və onların kitabxanaları burada yerləşdirilir. Bu folder /bin və /sbin ilə oxşardır, lakin adi userlər üçün nəzərdə tutulub. /usr/bin/usr/sbin/usr/lib və /usr/share kimi alt folderlərə bölünür.

9. /opt – Opsional Proqramlar

Bu folder xüsusi və ya opsional proqram paketləri üçün nəzərdə tutulub. Adətən, kənardan komputerə yüklənın  proqramlar buraya quraşdırılır. Hər bir paket öz folderə sahib olur.

10. /tmp – Müvəqqəti Fayllar

Müvəqqəti saxlanılacaq fayllar üçün nəzərdə tutulmuş folderdir. Komputer yenidən işə salındıqda bu folderdəki  fayllar silinə bilir.

1. /dev – Komputerə taxıla bilən  hissələr

Sistemdəki fiziki və virtual cihazlara giriş üçün fayllar burada yerləşir. Bütün cihazlar Linux-da fayl kimi idarə olunur. Məsələn, Hard disklər, USB cihazlar, terminallar, şəbəkə kartları /dev altında fayllar  kimi olunur (məsələn, /dev/sda1/dev/tty).

12. /proc – Sistem Məlumatları

Bu folder sistemin işləyən prosesləri və kernel haqqında məlumatları saxlayır. Məsələn, /proc/cpuinfo faylı prosessor haqqında məlumat verir, /proc/meminfo isə RAM istifadəsini göstərir.

13. /lib – Kitabxanalar

Sistem əməliyyatları üçün lazım olan dinamik kitabxanalar burada saxlanılır. Bu kitabxanalar, əsas icra olunan fayllar üçün lazım olan asılılıqları ehtiva edir.

14. /media və /mnt – Montaj Nöqtələri

/media folderi CD, DVD, USB driver kimi xarici qurğuları montaj etmək üçün istifadə edilir. /mnt isə adətən müvəqqəti montaj nöqtələri yaratmaq üçün istifadə olunur.

Linux  sistem strukturu Linux-un müxtəlif versiyalarında bu qaydada   qəbul edilir, bu da müxtəlif Linux distrolarındada  eyni strukturda olur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button