Linux

Path, Relative Path ve Absolute Path nədir, aralarındakı fərqlər nələrdir?

Linux üzərində çalışan zaman faylları və qovluqları idarə etmək üçün “Path” anlayışı olduqca vacibdir. Path, bir faylın və ya qovluğun sistemdəki yerləşən ünvanını göstərir. Bu məqalədə Linux-da Path, Absolute Path və Relative Path anlayışları arasındakı fərqləri ətraflı izah edəcəyik.

Path nədir?

Path (“Yol”), kompüter sistemində bir faylın və ya qovluğun yerləşdiyi məkanı təyin edən bir ünvandır. Hər bir faylı tapmaq üçün path yazılır. Path iki əsas növə ayrılır

  1. Absolute Path (Mütləq yol)
  2. Relative Path (Nisbi yol)

 

Gəlin Absolute path nə olduğuna baxaq

Absolute Path, bir faylın və ya qovluğun tam yerini göstərir. Bu path fayl sisteminin kök qovluğundan (root directory) başlayır və faylı tapmaq üçün tam ünvana ehtiyac olduqda istifadə edilir. Absolute Path dəqiq və əhatəlidir.Xüsusiyyətlərinə baxdıqda faylı tapmaq üçün tam yol verilir və Linux sistemində root qovluq (/) üzərində qurulur.

Bəs Relative path nə olduğuna nəzər salsaq Relative Path, cari mövqeyinizə (“Current Directory”) əsaslanaraq faylın və ya qovluğun yerini göstərir. Bu yol mütləq ünvan yazılmasına ehtiyac olmadan, cari qovluqdan nəzərə alınır.Xüsusiyyətlərinə nəzər salsaq daha qısa yazılır, amma cari qovluq dəqiq bilinmədiyi halda yanlış istifadə oluna bilər və Relative Path . (cari qovluq) və ya .. (bir əvvəlki qovluq) simvollarından istifadə edər.

Bəs nə vaxt hansından istifadə etmək lazımdır

  1. Absolute Path istifadə edin, əgər Faylın harada olduğunu tam olaraq bilirsinizsə, dəqiqlik əsasdırsa və Fərqli qovluqlardan eyni fayla daxil olmaq lazımdırsa.
  2. Relative Path istifadə edin, əgər Faylları cari qovluq daxilində idarə edirsinizsə,Yazılı yolu qısa saxlamaq istəyirsinizsə və Faylları bir-birinə nisbətən əlaqələndirirsinizsə onda Relativ istifadə edə bilərsiniz.

Yekunda bildirmək istərik ki,Linux-da Path, faylın və ya qovluğun yerini müyən etmək üçün vacibdir. Absolute Path tam yolu, Relative Path isə cari qovluqdan asılı olaraq nisbətən yolu göstərir. Hər iki yanaşma spesifik hallara görə istifadə olunmalıdır. Sistem idarəetməsində və proqram yazılmasında bu anlayışları düzgün əlaqələndirmək əsas bacarıqlardan biridir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button