Linux
Linux-da hostname, netmask və gateway ayarlarını dəyişdirmək
Salam əziz oxucular,
Bu gün sizə Linux-da lazımlı konfiquruasiya fayıllarından biri olan local İP və hostname adının dəyişdirilməsini Linux distroları Linux-da hostname, netmask və gateway ayarlarını dəyişdirmək üçün aşağıdakı addımları izləyə bilərsiniz:
1. Hostname Dəyişdirilməsi
Hostname-i dəyişmək üçün istifadə edə biləcəyiniz bir neçə üsul var.
a) Komanda ilə dəyişdirmək (müvəqqəti)
Hostname-i müvəqqəti olaraq dəyişmək üçün hostname
komandasından istifadə olunur:
Nümunə: sudo hostname yeni_hostname
Yuxarıdakı dəyişiklik sistem yenidən başladıqdan sonra itəcək konfiqurasıyanın daima qalması üçün.
b) Konfiqurasiya faylında dəyişdirmək (daimi)
Hostname-i daimi olaraq dəyişdirmək üçün /etc/hostname
faylını redaktə edin:
Nümunə: sudo nano /etc/hostname
Bu faylda yalnız yeni hostname yazıb, yadda saxlayın.
Ardından /etc/hosts faylını redaktə etdikdən sonra aşağıdakı sətri yeniləyin:
Nümumə:sudo nano /etc/hosts
Məsələn:
127.0.1.1 yeni_hostname
Dəyişiklikləri yadda saxlamaq üçün sistemin yenidən restart edilməsi lazım olacaq:
Nümunə: sudo reboot
2. Netmask və IP Dəyişdirilməsi
IP adresini və netmask-i daimi olaraq dəyişdirmək üçün interfeys konfiqurasiyasını redaktə
etməlisiniz. a) netplan (Yeni sistemlər üçün) Yeni Linux distrolarında netplan vasitəsilə şəbəkə ayarlarını dəyişə bilərsiniz.
Aşağıdakı faylı redaktə edin:
Nümunə:sudo nano /etc/netplan/00-installer-config.yaml
Fayl İçərisində aşağıdakı kimi ayarları dəyişdirilməlidir:
network:
ethernets:
enp0s3:
addresses:
- 192.168.1.100/24
gateway4: 192.168.1.1
nameservers:
addresses:
- 8.8.8.8
- 8.8.4.4
version: 2
addresses
bölümündə IP adresini və netmask-i təyin edin (məsələn, 192.168.1.100/24).gateway4
hissəsində şluz (gateway) konfiqlərini təyin edin.
Sonra dəyişiklikləri tətbiq edin:
Nümunə: sudo netplan apply
b) İfconfig ilə Müvəqqəti Dəyişdirilmə
Əgər siz dəyişiklikləri müvəqqəti etmək istəyirsinizsə:
Nümunə:
sudo ifconfig eth0 192.168.1.100 netmask 255.255.255.03. Gateway Dəyişdirilməsi
Gateway-i müvəqqəti olaraq dəyişmək üçün aşağıdakı komandandan istifadə olunur:
Nümunə: sudo route add default gw 192.168.1.1 eth0
Daimi olaraq dəyişdirmək üçün isə /etc/netplan və ya /etc/network/interfaces faylında gateway-in
adresini yeniləyin. Bu ayarlarla, şəbəkə interfeysi konfiqurasiyalarını uğurla dəyişə bilərsiniz.