WhatsApp Plus proqramının zərərləri
WhatsApp Plus, standart WhatsApp-ın qeyri-rəsmi modifikasiyasıdır və əsas versiyada olmayan bəzi əlavə funksiyalar təqdim edir. Bu proqramın geniş istifadəçi bazası olsa da, təhlükəsizlik və etik baxımdan bir sıra problemlər yaradır. Aşağıda WhatsApp Plus istifadə etməyin mümkün zərərlərini nəzərdən keçirəcəyik.Təhlükəsizlik və məlumat gizliliyinə nəzər salsaq WhatsApp Plus, rəsmi bir proqram olmadığı üçün istifadəçi məlumatlarının qorunması zəifdir. Mümkün təhlükələr məlumat sızıntısı yəni şəxsi məlumatlar üçüncü tərəflərlə paylaşa bilər.Haker hücumları tətbiqdə şifrələmə zəif olduğu üçün hakerlər şəxsi mesajlara asanlıqla daxil ola bilərlər.Proqramın tərtibatçıları istifadəçi davranışlarını izləyə bilər.Digər təhlükələrdən biridə rəsmi WhatsApp-dan ban olma riski daşıyır.WhatsApp Plus istifadə edən istifadəçilər rəsmi WhatsApp tərəfindən qadağa edilə bilər.Rəsmi WhatsApp, modifikasiyaları dəstəkləmir və istifadəçiləri müvəqqəti və ya daimi olaraq hesabdan çıxara bilər.Yadda saxlamalı məqamlardan biridə WhatsApp Plus, Google Play və ya App Store kimi rəsmi platformalarda mövcud deyil. Buna görə də, proqramın yüklənməsi
- Zərərli proqramların yüklənməsi – Tətbiqlə birlikdə virus və ya zərərli kod yüklənə bilər.
- Məlumat oğurluğu – Etibarsız mənbələr vasitəsilə yükləmə, cihazınızdakı məlumatların oğurlanmasına səbəb ola bilər.
Rəsmi WhatsApp-dan fərqli olaraq, WhatsApp Plus avtomatik yenilənmir. Bu, istifadəçinin köhnəlmiş funksiyalardan İstifadəyə məcbur edir. Yəni yeni funksiyalar mövcud olmaya bilər.Təhlükəsizlik boşluqları təhlükəsizlik təkmilləşdirilmələri tətbiq olunmur.WhatsApp Plus, WhatsApp-ın rəsmi proqramçıları tərəfindən qanunsuz elan edilmişdir. Bu, istifadəçini qanuni məsuliyyətə cəlb edə bilər.
Əlavə olaraq WhatsApp Plus-un əlavə funksiyaları cazibədar görünə bilər, lakin bu proqramın istifadəsi təhlükəsizlik, qanunvericilik və məlumat gizliliyi baxımından ciddi risklər yaradır. Rəsmi tətbiqdən istifadə edərək şəxsi məlumatlarınızı və cihazınızı qorumaq tövsiyə olunur.