Ping TTL (Time to Live) haqqında
Ping TTL (Time to Live) dəyəri, şəbəkədə göndərilən bir paketin (routerlər) arasında nə qədər müddət “yaşaya” biləcəyini göstərir. TTL dəyəri əməliyyat sistemləri arasında fərqlidir, və bu dəyəri analiz edərək göndərən cihazın əməliyyat sistemini təyin etmək mümkündür.
Əsas TTL dəyərlərinə baxaq
Linux və UNIX əsaslı sistemlər: TTL dəyəri 64.
Windows: TTL dəyəri 128.
Cisco cihazları: TTL dəyəri 255.
FreeBSD/OS X: TTL dəyəri 64.
Bəs TTL necə İşləyir? Başlanğıc dəyəri Əməliyyat sistemi paketi göndərərkən bir başlanğıc TTL dəyəri təyin edir.Əsasən Routerlər vasitəsilə keçid hər routerdən keçdikdə TTL dəyəri 1 vahid azalır.Yəni TTL sıfıra çatarsa paket atılır və göndərənə bir ICMP (Time Exceeded) mesajı göndərilir.TTL dəyərinə baxaraq əməliyyat sistemini təyin etmək üçün Bu cavabdan TTL-in 64 olduğunu görürük, bu isə sistemin Linux və ya UNIX əsaslı olduğunu göstərir.
Reply from 192.168.1.1: bytes=32 time=10ms TTL=64
TTL dəyəri başlanğıc dəyərindən router sayına görə azalır. Nümunə olaraq əgər başlanğıc TTL 128 olubsa və paket 10 routerdən keçibsə, cavabda TTL 118 olaraq görünəcək.
TTL dəyərindən hər vaxt əmin olmaq olarmı? TTL dəyərləri əməliyyat sistemini müəyyən etmək üçün faydalıdır, amma İstifadəçi və ya administrator TTL dəyərini dəyişdirə bilər,Şəbəkə marşrutu TTL-i dəyişə bilər.
TTL dəyəri ilə əməliyyat sistemi təyini 100% dəqiq olmasa da, ilkin təxmin üçün faydalıdır.