Linux

Linux distrolarda apropos komandası və onun istifadəsi

Salam əziz oxucular, bugün sizə Linux-da apropos komandası haqqında danışacağıq.Bu komanda sistemdə mövcud olan funksiyaları və əmrləri tez bir zamanda tapmaq üçün çox faydalıdır. Xüsusilə yeni başlayanlar və ya müəyyən bir problemin həlli üçün hansı komandanı istifadə etməli olduqlarını bilməyənlər üçün yararlıdır.Bu komanda sistemdə mövcud olan funksiyaları və əmrləri tez bir zamanda tapmaq üçün çox faydalıdır. Xüsusilə yeni başlayanlar və ya müəyyən bir problemin həlli üçün hansı komandanı istifadə etməli olduqlarını bilməyənlər üçün yararlıdır.

Siz “apropos” əmrini Man səhifələri üçün axtarış sistemi kimi düşünə bilərsiniz. Bu komanda komanda adlarını və qısa təsvirləri axtarır. Bütün yardım səhifələrində axtarış aparmır. Aşağıda sadə bir nümunə var. Bu komanda yardım səhifəsi təsvirlərinin və ya komanda adlarının hər hansı bir yerində “unzip” olan bütün komandaları sizə göstərəcək.

linux@rpi4:~ $ apropos unzip
bunzip2 (1) - a block-sorting file compressor, v1.0.8
funzip (1) - filter for extracting from a ZIP archive in a pipe
gunzip (1) - compress or expand files
unzip (1) - list, test and extract compressed files in a ZIP archive
unzipsfx (1) - self-extracting stub for prepending to ZIP archives

Bu nümunədə görülən sadə istifadədən başqa, bəzi seçimlərdən istifadə etməklə komandanı advanced  səviyyədə istifadə etmək mümkündür. Aşağıdakı siyahıda sizin üçün mövcud olan variantları görə bilərsiniz.

linux@rpi4:~ $ apropos -h
Usage: apropos [OPTION...] KEYWORD...

-d, --debug emit debugging messages
-v, --verbose print verbose warning messages
-e, --exact search each keyword for exact match
-r, --regex interpret each keyword as a regex
-w, --wildcard the keyword(s) contain wildcards
-a, --and require all keywords to match
-l, --long do not trim output to terminal width
-C, --config-file=FILE use this user configuration file
-L, --locale=LOCALE define the locale for this search
-m, --systems=SYSTEM use manual pages from other systems
-M, --manpath=PATH set search path for manual pages to PATH
-s, --sections=LIST, --section=LIST
search only these sections (colon-separated)
-?, --help give this help list
--usage give a short usage message
-V, --version print program version

 

-e, –exact

Axtardığınız söz tam uyğun olmalıdır. Aşağıda “partiti” ifadəsinin -e variantı ilə və onsuz istifadəsini görə bilərsiniz.

linux@rpi4:~ $ apropos -e partiti
partiti: nothing appropriate.

linux@rpi4:~ $ apropos partiti
addpart (8) - tell the kernel about the existence of a partition
cfdisk (8) - display or manipulate a disk partition table
cgdisk (8) - Curses-based GUID partition table (GPT) manipulator
delpart (8) - tell the kernel to forget about a partition
fdisk (8) - manipulate disk partition table
fixparts (8) - MBR partition table repair utility
gdisk (8) - Interactive GUID partition table (GPT) manipulator
gparted (8) - GNOME Partition Editor for manipulating disk partitions.
parted (8) - a partition manipulation program
partprobe (8) - inform the OS of partition table changes
partx (8) - tell the kernel about the presence and numbering of on-disk partitions
repart.d (5) - Partition Definition Files for Automatic Boot-Time Repartitioning
resizepart (8) - tell the kernel about the new size of a partition
sfdisk (8) - display or manipulate a disk partition table
sgdisk (8) - Command-line GUID partition table (GPT) manipulator for Linux and Unix
systemd-gpt-auto-generator (8) - Generator for automatically discovering and mounting root, /home/, /srv/, ...
systemd-repart (8) - Automatically grow and add partitions
systemd-repart.service (8) - Automatically grow and add partitions

 

-r, –regex

Axtarış ifadəsinə müntəzəm ifadələr daxil etmək istəyirsinizsə, onlardan istifadə edə bilərsiniz. Məsələn, ^ müntəzəm ifadələrdə “baş tərəfi” deməkdir. Gəlin “tar” ilə başlayan komandaları tapmağa çalışaq. Gördüyünüz kimi, apropos komandası komanda  adı “tar” ilə başlayan 2 komanda və həmçinin descriptionu Tar ilə başlayan başqa bir komandalarıda tapdı.

linux@rpi4:~ $ apropos -r '^tar'
systemd.target (5) - Target unit configuration
tar (1) - an archiving utility
tarcat (1) - concatenates the pieces of a GNU tar multi-volume archive

 

-a, –and

Axtardığınız bütün ifadələr mütləq tapmalı olduqda ondan istifadə edə bilərsiniz. Komanda adında və ya təsvirində “tar” və “fayl” olan yardım səhifələrini axtaraq.

linux@rpi4:~ $ apropos -a tar file
gpgtar (1) - Encrypt or sign files into an archive
ptargrep (1) - Apply pattern matching to the contents of files in a tar archive
qt-faststart (1) - utility for Quicktime files
swapoff (2) - start/stop swapping to file/device
swapon (2) - start/stop swapping to file/device
systemd-xdg-autostart-generator (8) - User unit generator for XDG autostart files

 

Axtarmaq istədiyiniz ifadədə joker simvollardan istifadə etdiyinizi göstərir. Məsələn, “color” ilə başlayan bütün sözləri və ondan sonrakı hər şeyi tapmaq istədiyiniz zaman istifadə olunur. Bizim nümunəmizdə “color”, “colorization”, “color-name”, “colormap” olan bütün şərhlər tapıldı.

linux@rpi4:~ $ apropos -w color*
cd-create-profile (1) - Color Manager Profile Creation Tool
cd-fix-profile (1) - Color Manager Testing Tool
cd-it8 (1) - Color Manager Testing Tool
colormgr (1) - Color Manager Testing Tool
dircolors (1) - color setup for ls
hp-colorcal (1) - Printer Cartridge Color Calibration Utility
setvtrgb (1) - customize the console color map
showrgb (1) - display an rgb color-name database
terminal-colors.d (5) - configure output colorization for various utilities
xcmsdb (1) - Device Color Characterization utility for X Color Management System
XcupGetReservedColormapEntries (3) - list colormap entries reserved by the system
XcupStoreColors (3) - initialize shareable colormap entries at specific locations
xstdcmap (1) - X standard colormap utility

Bu yazıda “apropos” komandasını və tez-tez istifadə olunan optionları izah etdik. Daha ətraflı məlumat üçün “man apropos” komandası ilə yardım səhifələrinə baxa bilərsiniz.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az