Kibertəhlükəsizlik

Sizcə internetdə gəzərkən izlənirsinizmi?

Salam hörmətli izləyicilər, xoş gəlmisiniz!
Bugünkü mövzumuzda sizinlə birlikdə internetdə izlənmə və məxfilik təhlükələri haqqında danışacağıq.İzlənilmədən necə internetdə gəzinmək olar? Hansı alətlər bizə kömək edə bilər? Və ən əsası – tam anonimlik mümkünmü?


İnternet, təməl olaraq, məlumatların bir nöqtədən digərinə ötürülməsi prinsipinə əsaslanır. Bu ötürmə zamanı bir çox vasitəçi (ISP, DNS serverlər, sayt sahibləri, reklam şirkətləri və s.) sənin fəaliyyətini izləyə bilər. Bu izlərə aşağıdakılar daxildir

  • IP ünvanın
  • Hansı saytları ziyarət etdiyin
  • Brauzer növün və versiyası
  • Əməliyyat sistemin
  • Cookies və tracker-lər vasitəsilə izləmə
  • Sosial şəbəkə inteqrasiyaları (məsələn, saytlardakı sosial şəbəkəlrədəki “Like” düymələri)

Bəs necə qismən qoruna bilərik?
İzlənmənin qarşısını tam almaq çətin olsa da, aşağıdakı addımlarla izlənmə riskini minimuma endirmək olar

1. VPN (Virtual Private Network) istifadə et
IP ünvanını gizləyir və trafikini şifrələyir. Amma istifadə etdiyin VPN provayderinə də güvənməlisən.

2. Tor Browserdən istifadə edin
Trafiki anonimləşdirərək çoxlu “relay” üzərindən keçir. Hökumətlər və ya bəzi saytlar Tor trafikini bloklaya bilər.

3. Reklam və tracker bloklayıcıları
uBlock Origin, Privacy Badger, Ghostery kimi əlavələr izləyiciləri bloklayır

4. HTTPS saytlarına üstünlük ver
Brauzer ünvanında “https://” varsa, məlumatın serverə şifrələnmiş şəkildə gedir. Bu, üçüncü tərəflərin nə göndərdiyini görməsini çətinləşdirir.

5. İctimai Wi-Fi-larda ehtiyatlı ol
Əgər ictimai Wi-Fi istifadə edirsənsə, VPN olmadan hər şey açıq şəkildə ötürülə bilər.

6. DNS təhlükəsizliyi
DNS over HTTPS (DoH) və ya DNS over TLS (DoT) kimi texnologiyalar DNS sorğularının da şifrələnməsini təmin edir.

7. Brauzer seçimlərinə diqqət edək
Firefox: məxfilik rejimləri və izləyici bloklama xüsusiyyətləri güclüdür.
Brave: standart olaraq reklam və izləyiciləri bloklayır.
DuckDuckGo: həm axtarış sistemi, həm də brauzer əlavəsi olaraq izləməni azaldır.

Əlavə olaraq bilməlisiniz ki,
Google, Facebook kimi xidmətlərə daxil olduqda və ya giriş açıq qalanda onların səni izləməsi çox asandır.Hətta daxil olmasan belə, onların saytlarında yerləşdirilən tracker-lər (piksel, cookie və s.) səni izləyə bilər.Telefon tətbiqləri də sensorlar, GPS, kamera və mikrofon kimi resurslara giriş alaraq səni izləyə bilər.Sən izlənmədiyini tam olaraq heç vaxt bilmirsən, çünki Təhlükəsizlik sistemləri çox mürəkkəbdir,Bəzi izləyicilər gözlə görünməz formada işləyir (məs. fingerprinting),Hüquqi və texniki boşluqlardan istifadə edənlər çoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button