Kibertəhlükəsizlik

Offline kart oğurluğundan necə qorunaq?

Offline-da kartdan pul öğurluğu sizi gözləyən təhlükələr və qorunma yolları

Kartla bağlı oğurluq hallarının əksəriyyəti internet üzərindən həyata keçirilsə də, offline yəni fiziki mühitdə də bu cür fırıldaqçılıqlar baş verə bilər. Kiberdələduzlar təkcə onlayn deyil, eyni zamanda real həyatda – mağazalarda, bankomatlarda və POS terminallarında da müxtəlif üsullarla kart məlumatlarını ələ keçirirlər. Bu məqalədə offline kart oğurluğu metodları və özünüzü necə qoruya biləcəyiniz barədə məlumat veriləcək.

Offline kart oğurluğu daha çox skimming, shimming, saxta POS terminalları, vizual izləmə və fiziki oğurluq vasitəsilə baş verir.Skimming, bankomat və ya POS cihazına quraşdırılan kiçik bir cihaz vasitəsilə kartın manyetik zolağındakı məlumatların surətinin çıxarılması prosesidir. Fırıldaqçılar çox vaxt bu cihazları gecə saatlarında bankomatlara yerləşdirirlər. Əlavə olaraq, kart sahibinin PIN kodunu öyrənmək üçün bankomata gizli kamera da quraşdırıla bilər.
Shimming   isə daha inkişaf etmiş bir üsuldur. Bu metodla çipli kartların içindəki məlumatlar mikroçip səviyyəsində oxunur. Bankomatın içərisinə yerləşdirilən incə cihaz kart daxil edilərkən çip məlumatlarını kopyalayır.
Saxta POS terminalları da offline dələduzluqda istifadə olunur. Fırıldaqçılar bəzi yerlərdə POS cihazı yerinə kart məlumatlarını toplayan saxta cihazlardan istifadə edirlər. Məsələn, restoran, market və ya yanacaqdoldurma məntəqəsində kartınızı təqdim etdikdə bu cür cihazlara yönləndirilə bilərsiniz.
Vizual izləmə – yəni ətrafınızdakı şəxslər kart məlumatınızı və PIN kodunuzu vizual olaraq izləyə və yadda saxlaya bilərlər. Özəlliklə sıx yerlərdə bu risk artır.
Fiziki oğurluq isə kartın özünün oğurlanması ilə baş verir. Kart oğurlandıqdan sonra, əgər kart sahibi dərhal bankla əlaqə saxlayıb kartı bloklatmasa, pulun çəkilməsi riski yaranır.

Bu hücumlardan necə qorunmaq olar?

  1. Bankomat seçiminizə diqqət edin. İnsan axınının az olduğu, qaranlıq və ya təcrid olunmuş yerlərdəki bankomatlardan istifadə etməyin. Rəsmi və təhlükəsiz görünən bankomatlara üstünlük verin.
  2. Kart daxil etməzdən əvvəl cihazı yoxlayın. Bankomat və ya POS cihazının kart daxil edilən hissəsində boşluq, sallanma, əlavə parça və ya qeyri-adi hissələr varsa, istifadə etməyin.
  3. PIN kodunuzu gizlədin. Kodunuzu daxil edərkən əlinizlə klaviaturanı örtün ki, kimsə və ya gizli kamera izləyə bilməsin.
  4. SMS və mobil bank xəbərdarlıqlarını aktiv edin. Bu yolla kartınızdan hər hansı istifadə olduqda dərhal xəbərdar olacaqsınız.
  5. Şübhəli POS terminallarından uzaq durun. Kartı təqdim etmədən əvvəl cihazı diqqətlə müşahidə edin və heç vaxt kartınızı özünüzdən uzaqlaşdırmayın.
  6. NFC (toxunmasız ödəniş) funksiyasını deaktiv edin və ya yalnız istifadə etdiyiniz zaman aktivləşdirin.
  7. Müntəzəm yoxlama aparın. Hesabınızı gündəlik olaraq izləyin və şübhəli əməliyyatlar gördükdə dərhal banka məlumat verin.
Offline kart oğurluğunun qarşısını almaq üçün həm texniki bilik, həm də gündəlik ehtiyatlılıq vacibdir. Özünüzü qorumağın ən yaxşı yolu, məlumatlı olmaq və diqqətli davranmaqdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button