Linux nmtui komandası haqqında
Salam əziz oxucular, bu gün sizə linux-da nmtui komandasıdnan bəhs edəcəyik. nmtui (şəbəkə meneceri mətn interfeysi) Linux sistemlərində şəbəkə parametrlərini idarə etmək üçün istifadə olunan istifadəçi dostu, mətnə əsaslanan bir tətbiqdir. Şəbəkə parametrlərinin qrafik interfeys olmadan idarə edilməsini asanlaşdıran bu alət Red Hat, CentOS, Fedora və digər Linux paylamalarında çox geniş istifadə olunur.Bir çox modern Linux paylamalarında nmtui avtomatik olaraq şəbəkə meneceri paketi ilə birlikdə quraşdırılır. Ancaq alətin sisteminizdə aktiv olduğunu yoxlamaq və ya quraşdırmaq üçün aşağıdakı əmrləri istifadə edin
nmtui komandası Linux sistemlərində şəbəkə parametrlərinin mətn interfeysi vasitəsilə idarə edilməsi üçün güclü və istifadəyə asan bir vasitədir. Bu alət, sadəliyi və effektivliyi sayəsində sistem administratorları arasında çox populyardır.
Red Hat/CentOS/Fedora üçün
Quraşdırıldıqdan sonra, nmtui komandası istifadəyə hazırdır.nmtui Komandasının əsas funksiyaları nmtui komandası bir neçə əsas funksiya təklif edir. Aləti başlatmaq üçün terminalda sadəcə nmtui yazın
Tool istifadəçiyə interaktiv menyu təqdim edir. Bu menyuda aşağıdakı əsas funksiyaları yerinə yetirə bilərsiniz
- Bağlantıların quraşdırılması Şəbəkə bağlantılarını yaratmaq, redaktə etmək və ya silmək mümkün olur.
- Host adını təyin etmək Sistem host adını asanlıqla dəyişdirməyə imkan yaradar.
- Aktiv şəbəkə bağlantılarını idarə etmək Aktiv şəbəkə interfeyslərini bağlamaq və ya bağlantıları yeniləmək.
Terminalı açıb aşağıdakı komandanı yazın
Açılan interfeysində aşağıdakı menyu görünəcək
- Bağlantıları redaktə edin
- Host adını təyin edin
- Bağlantını aktiv edin
Yeni şəbəkə bağlantısı yaratmaq üçün Menyudan “Edit a connaction” hissəsini seçin və yeni şəbəkə bağlantısı yaratmaq üçün “+” düyməsinə basın və sonra bağlantı tipini seçin Wi-Fi, Ethernet, və s Wi-Fi parametrlərini daxil edib SSID, şifrə, IP konfiqurasiyası (statik və ya dinamik) dəyişikliyi qeyd edin və menyudan çıxın.
Növbəti dəyişiklik üçün “Set system hostname” hissəsinə daxil olun, yeni əlavə ediləcək host adını yazıb və “OK” düyməsinə basın
Gəlin sizinlə birlikdə nmtui üstünlükləri və məhdudiyyətlərinə birgə nəzər salaq sadə interfeys nmtui istifadəsi çox rahat və məzmunludur,GUI olmadan istifadə qrafik mühit olmayan serverlərdə şəbəkə idarəsi asanlaşır və ən əsasıda Şəbəkə interfeyslərinin idarəsi üçün ideal həll yoludur.Məhdudiyyətlərinə nəzər salsaq daha kompleks konfiqurasiyalar (VPN, VLAN və s.) üçün nmcli kimi terminal vasitələri daha uyğun ola bilər.