Linux

Linux filter contents

Salam əziz dostlar,Linux istifadə edən distorlarda mətnlə işləmək çox vacibdir, çünki sistemdə olan faylların böyük əksəriyyəti mətn formatındadır və bu fayllarla effektiv işləmək üçün müxtəlif filter komandalardan istifadə olunur, filter komandaları mətn fayllarının içindəki məlumatı süzmək, dəyişdirmək, sıralamaq, müəyyən hissəsini çıxarmaq və ya axtarmaq üçün çox güclü imkanlar təqdim edir, Linux istifadəçiləri üçün filter anlayışı sadə dildə desək bir komandanın çıxışını alıb başqa komandada istifadə etmək və nəticəni daha dəqiq görmək deməkdir, ən çox istifadə olunan filter komandalarına cat, more, less, head, tail, grep, sort, uniq, wc, cut, tr, sed və awk daxildir, indi bunların hər birini sadə dildə izah edək, cat komandasl faylın bütün məzmununu ekrana çıxarır, məsələn cat file.txt yazsaq həmin faylın içini tam görərik, more əmri faylın içini səhifə-səhifə göstərir, bu uzun faylları oxumaq üçün rahatdır, less əmri isə more ilə oxşardır amma daha çox imkanları var, məsələn faylın içində geri qayıda bilərik, head əmri faylın ilk on sətrini göstərir, head -n 20 file.txt yazsaq ilk 20 sətir çıxacaq, tail əmri isə faylın son on sətrini göstərir, bu xüsusilə log fayllarında son dəyişiklikləri izləmək üçün çox faydalıdır, tail -f file.log yazsaq faylda yeni yazılan sətirlər real vaxtda görünəcək, grep əmri faylda müəyyən sözü və ya ifadəni axtarmaq üçün istifadə olunur, məsələn grep error file.log yazsaq faylda error sözünün keçdiyi sətrləri görə bilərik, sort əmri fayldakı sətrləri əlifba sırasına və ya ədədi qaydada sıralayır, sort -r isə əksinə tərs qaydada sıralayır, uniq əmri təkrar sətrləri silmək üçün istifadə olunur, adətən sort ilə birlikdə işlədilir, məsələn sort file.txt | uniq yazanda təkrarlar silinmiş siyahı əldə edirik, wc əmri fayldakı sətir, söz və simvol sayını göstərir, wc -l file.txt yazanda faylda neçə sətir olduğunu öyrənə bilərik, cut əmri fayldakı sütunları kəsmək üçün istifadə olunur, məsələn CSV faylında yalnız birinci sütunu görmək üçün cut -d, -f1 file.csv yazmaq olar, tr əmri simvolları dəyişdirmək üçün istifadə olunur, məsələn bütün kiçik hərfləri böyük hərflərə çevirmək üçün tr a-z A-Z < file.txt yazmaq olar, sed əmri çox güclüdür və faylda əvəzləmə, silmə, dəyişiklik etməyə imkan verir, məsələn sed ‘s/error/warning/g’ file.txt əmri fayldakı bütün error sözlərini warning ilə əvəzləyəcək, awk isə mətn fayllarını sütunlara ayırıb üzərində hesablama aparmaq üçün istifadə olunur, məsələn awk ‘{print $1}’ file.txt yazsaq faylın yalnız birinci sütunu çıxacaq, bütün bu əmrlər boru işarəsi | vasitəsilə birləşdirilərək daha güclü əməliyyatlar icra etmək üçün istifadə olunur, məsələn cat file.txt | grep error | sort | uniq əmri fayldakı error sözünün olduğu sətrləri tapacaq, sıralayacaq və təkrarlardan təmizləyəcək, filter əmrlərinin gözəlliyi ondadır ki, onları sadə qaydada birləşdirib çox mürəkkəb nəticələr ala bilirik, Linux sistem administratorları və proqramçılar üçün bu bacarıqlar gündəlik işdə çox vacibdir, məsələn log fayllarında müəyyən xətaları tapmaq üçün grep, nəticəni qısaltmaq üçün head, sonra sıralamaq üçün sort və sonda sayını öyrənmək üçün wc -l işlədilə bilər, başqa bir nümunədə CSV faylındakı istifadəçilərin adlarını çıxarıb unikal siyahı düzəltmək mümkündür, bunun üçün cut -d, -f1 users.csv | sort | uniq yazmaq kifayətdir, beləliklə Linux filter əmrləri həm sadə istifadəçilər, həm də peşəkarlar üçün mətnlə işləməyi inanılmaz dərəcədə rahatlaşdırır, bu əmrlərin hər birini öyrənmək asandır amma onları birlikdə istifadə etməyi bacarmaq daha böyük güc verir, məsələn bir administrator dmesg | grep error | tail -n 20 yazaraq son 20 error sətrini görə bilər, digər tərəfdən bir proqramçı grep -i “function” code.c | wc -l yazaraq faylda neçə dəfə function sözünün istifadə olunduğunu hesablaya bilər, filter əmrləri həmçinin skriptlərdə avtomatlaşdırma üçün də geniş istifadə olunur, çünki insanın əl ilə axtarmağa saatlar sərf edəcəyi işi filter əmrləri saniyələr içində edə bilir, bu səbəbdən Linux öyrənən hər kəs bu əmrlərə yaxşı bələd olmalıdır, çünki onlar Linux-un fəlsəfəsinin əsas hissəsidir, yəni hər bir kiçik proqram sadə iş görür amma birlikdə çox güclü nəticələr əldə olunur, filter əmrləri məhz bu fəlsəfəni əks etdirir, onları öyrənmək üçün ən yaxşı yol gündəlik fayllarla praktika etməkdir, nə qədər çox işləsən bir o qədər rahat anlayacaqsan, sonda demək olar ki, Linux Filter Contents mövzusu istifadəçiyə fayl məzmununu idarə etmək üçün geniş imkanlar verir və hər kəs bu əmrləri bilməklə öz işini daha asan, daha sürətli və daha effektiv edə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button