Linux

Linux fayl sistemi sadə izahlı

Linux əməliyyat sisteminin fayl sistemi, faylların təşkili, saxlanılması və idarə olunması üçün vacibdir. Bu məqalədə Linux fayl sisteminin əsas elementlərini sadə şəkildə izah edəcəyik.Fayl sisteminin strukturı Linux fayl sistemi bir iyerarxiya şəklində qurulmuşdur. Bütün fayl və qovluqlar bir kök qovluqda (/) başlayır və bu root digər qovluq şəbəkə kimi budaqlanır.

/:    Root qovluqu. Bütün fayl sisteminin bazasıdır.
/bin:    Sistem proqramları və əsas icra olunabilən fayllar.
/etc:     Sistem konfiqurasiya faylları.
/home:   İstifadəçilərin şəxsi faylların saxlanıldığı kataloq.
/var:   Dəyişən sistem faylları (log fayllar, spool fayllar və s.).
/tmp:  Müdətlik faylların saxlanılması üçün qovluq.
/usr:    Sistem proqramları və kitabxanalar.

Fayl sisteminin əsas xüsusiyyətlərinə nəzər salsaq

  • Fayl hər seydir Linux-da cihazlar, proseslər, və sistem resursları fayl kimi təmsil olunur. Məsələn, dev/sda bir diskdir, amma fayl kimi görünür.
  • Güclü icazə mexanizmi vardır. Fayllara giriş icazələri (oxuma, yazma, icra etmə) mübadilə olunur. Bu icazələr sahib, qrup və digər istifadəçilər üçün ayrı-ayrı qurula bilər.
  • Mounting fayl sistemində cihazlar və ya partiyalar iyerarxiyaya “mount” edilərək qoşulur. Bu proses cihazın /media/usb kimi bir kataloqa şalt olunması ilə həyata keçirilir.
  • Fayl sisteminin növlərinə baxdıqda  Linux çoxlu sayda fayl sistemini dəstəkləyir. Ən çox istifədə edilən fayl sistemi növləri

ext4 – Ən çox yayılan fayl sistemi.
XFS –  Yüksək performans tələb edən sistemlər üçün uyğun.
Btrfs  –Modern fayl sistemi. Snapshot və data inteqritəsi üçün uyğundur

Fayl sisteminin komandalarına sizlə birgə baxış keçirək.

ls –  Fayl və kataloqları siyahılamaq üçün istifədə edilir.
mkdir –  Yeni kataloq yaratmaq.
rm –      Fayl və ya qovluqu silmək.
cp –       Faylları köçürmək.
mv–       Faylları daşımaq və ya ad dəyişdirmək.
df –        Disk istifadəsini yoxlamaq.
du –       Qovluqların disk istifadəsini hesablamaq.

Linux fayl sistemi sadə, amma güclü quruluşuna görə çox istəkli məqsədlər üçün uyğundur. Fayl sistemini öyrənmək, Linux idarəetməsi sahəsində ilk addımdır. Bu strukturla yaxından tanış olmaq, sistem administrasiyası prosesində sizin işinizi asanlaşdıracaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button