Linux

Linux-da ən vacib 50 komanda

Linux əməliyyat sistemi ilə işləyən hər bir istifadəçi üçün terminal (CLI) əsas bacarıqlardan biridir. Əgər siz yeni başlayansınızsa və Linux terminalında  rahat işləmək istəyirsinizsə, bu məqalədə təqdim edilən 50 vacib komandanı sizin üçün mükəmməl bir başlanğıcdır. Hər bir komanda qısa izahla təqdim olunur ki, öyrənməniz asanlaşsın.

Fayl və Qovluq İdarəetmə üçün komandalar

pwd – Cari qovluğun yolunu göstər
ls – Qovluqdakı faylları siyahıla
ls -l – Ətraflı siyahı görünüşü
ls -a – Gizli faylları da göstər
cd – Qovluq dəyiş
cd .. – Bir üst qovluğa keç
mkdir – Yeni qovluq yarat
rmdir – Boş qovluğu sil
rm – Fayl və ya qovluğu sil
rm -r – Qovluğu və içindəkiləri sil
cp – Fayl və ya qovluğu kopyala
mv – Fayl köçür və ya adını dəyiş
touch – Yeni boş fayl yarat
cat –    Fayl məzmununu göstər
nano – Sadə mətn redaktoru
vim –    Qabaqcıl mətn redaktoru
clear – Terminalı təmizlə
file –    Fayl tipini göstər
stat – Fayl haqqında detallı məlumat
echo – Mətn çap et

 

İcazə və İstifadəçi üçün komandalar

chmod – Fayl icazələrini dəyiş
chown – Fayl sahibi və qrupunu dəyiş
whoami – Cari istifadəçini göstər
id – İstifadəçi və qrup məlumatı
groups – İstifadəçinin daxil olduğu qruplar
passwd – Şifrəni dəyiş
adduser – Yeni istifadəçi əlavə et
deluser – İstifadəçini sil
su – İstifadəçi dəyiş
sudo – Root icazəsi ilə əmr icra et

 

Sistem haqqında monitorinqi üçün komandalar

uname -a – Sistem haqqında ümumi məlumat
top – Prosesləri və CPU/RAM istifadəsini göstər
htop – İnteraktiv proses siyahısı
ps aux – Aktiv prosesləri göstər
kill PID – Prosesi sonlandır
uptime – Sistem nə vaxtdan bəri işləyir
free -h – RAM istifadəsini göstər
df -h – Disk istifadəsini göstər
du -sh – Qovluğun ölçüsünü göstər
history – Əvvəlki əmrləri göstər

 

Şəbəkə komandaları

ping – Hostun əlçatan olub olmadığını yoxla
curl – URL-dən məlumat al
wget – Fayl yüklə
ip a – IP ünvan və şəbəkə interfeysləri
hostname – Kompüter adını göstər
netstat -tuln – Açıq portları və bağlantıları göstər
ss -tuln – Netstat alternativi (müasir sistemlərdə)

 

Digər Faydalı komandalar

man – Əmr haqqında yardım sənədi göstər
alias – Qısa əmr təyin et
exit – Terminaldan çıx

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button