Kiberdələduzlara qarşı güvəndə qalmağın 7 yolu
Kiberdələduzlara qarşı güvəndə qalmağın 7 yolu
Günümüzdə rəqəmsallaşma getdikcə yayılarkən, kiberdələduzluq cəhdləri də artmaqdadır. Lakin bir çox internet istifadəçisi bu vəziyyətdən narahat olsa da, özlərini qorumaq üçün kifayət qədər müdafiə tədbirləri görmür. Bitdefender 2024 İstehlakçı Kiber Təhlükəsizlik Dəyərləndirmə Hesabatına görə, ötən il hər dörd istehlakçıdan birinin kiber təhlükəsizlik insidenti ilə qarşılaşdığını bildirən Bitdefender Antivirus Türkiyə distribyutoru Laykon Bilişimin Əməliyyatlar Direktoru Alev Akkoyunlu, kiberdələduzlara qarşı alınmalı olan 7 qorunma üsulunu sadalayır.
Rəqəmsallaşmanın gətirdiyi yeniliklər həyatın bir çox sahəsində böyük üstünlüklər təqdim etsə də, bir çox istifadəçi bu prosesin yaratdığı kiber təhlükəsizlik təhdidlərinə yetərli diqqət yetirmir. Bitdefender 2024 İstehlakçı Kiber Təhlükəsizlik Dəyərləndirmə Hesabatına görə, ötən il hər dörd istehlakçıdan biri təhlükəsizlik hadisəsi ilə qarşılaşıb. SMS dələduzluğunun 45,4% ilə ən geniş yayılan hücum üsulu olduğunu göstərən hesabat, istifadəçilərin kiber təhlükəsizlik barədə məlumatlı olmasının və daha güclü tədbirlər görməsinin nə qədər vacib olduğunu vurğulayır. Kiber təhlükəsizliklə bağlı davranışların həmişə mövcud qorxu və narahatlıqlarla üst-üstə düşmədiyini ifadə edən Bitdefender Antivirus Türkiyə distribyutoru Laykon Bilişimin Əməliyyatlar Direktoru Alev Akkoyunlu, “Pis niyyətli aktorlar kiber təhlükəsizlik mövzusundakı laqeydlikdən getdikcə daha çox faydalanaraq onlayn təhlükəsizliyimizi və məxfiliyimizi təhdid edirlər,” deyə qeyd edərək, kiberdələduzlara qarşı alınmalı olan 7 qorunma üsulunu sadalayır.
- Şifrələrinizi gücləndirin.
Dələduzların şəxsi məlumatlarınıza çatmasının ən asan yollarından biri zəif şifrələrdir. Hesabata görə, internet istifadəçilərinin 37%-i parollarını yazır, 18,7%-i isə üç və ya daha çox hesab üçün eyni paroldan istifadə edir. İstifadəçilərin 15,8%-i ən az iki hesab üçün eyni şifrəni seçir. Bu, şifrə idarəçiliyinin istifadəçilərin ən zəif nöqtələrindən biri olduğunu göstərir. - İki mərhələli identifikasiya (2FA) funksiyasını aktiv edin.
Hesabata görə, müasir dövrdə insanların orta hesabla üç-dən beş-ə qədər onlayn hesabı var, istifadəçilərin 31%-inin isə altı və ya daha çox hesabı mövcuddur. Hesabların müxtəlifliyi çox olan indiki dövrdə hər hansı bir hesabın ələ keçirilməsi ilə şəxsi və ya maliyyə məlumatlarına daxil oluna biləcəyi reallığı nəzərə alınmalıdır. İki mərhələli identifikasiya (2FA), yalnız şifrənizi deyil, həm də telefonunuza və ya elektron poçtunuza göndərilən kod kimi ikinci bir təsdiqləmə sistemi yaradaraq istifadəçilərə əlavə təhlükəsizlik qatını təmin edir.
- Tələb edilməyən əlaqələrə şübhə ilə yanaşın.
Kiberdələduzlar şəxsi məlumatlarınızı əldə etmək və ya zərərli proqram yükləməyiniz üçün fişinq e-poçtları, saxta telefon zəngləri və saxta mesajlar kimi sosial olaraq hazırlanmış hiylələrdən istifadə edə bilərlər. Buna görə də, gözlənilməz bir e-poçt və ya mesaj aldığınız zaman, cavab verməzdən əvvəl onun legitimliyini yoxlayın. Əgər mesajda hər hansı bir əlavə və ya bağlantı linki varsa, klikləməzdən əvvəl əsl URL-i görmək üçün siçan imlecini linkin üzərinə gətirin. Əgər şübhəli və ya naməlum görünürsə, uzaq durun. - Rəqəmsal izlərinizi azaldın.
Onlayn mühitdə nə qədər çox məlumat paylaşsanız, dələduzların sizi aşkar etməsi və hədəfə alması bir o qədər asan olur. Rəqəmsal izlərinizi azaltmaq, təhdid aktorlarının haqqınızda məlumat toplamasını və gündəlik rəqəmsal fəaliyyətinizdə zəif nöqtələri aşkar etməsini xeyli çətinləşdirir.
- İctimai Wi-Fi şəbəkələrinə diqqət yetirin.
İctimai Wi-Fi şəbəkələri adətən çox təhlükəsiz olmur və şəxsi məlumatlarınızı oğurlamaq üçün qurulmuş tələ ola bilər. Əgər təcili vəziyyətiniz varsa, vacib məlumatları göndərmək və almaq üçün etibarlı Virtual Şəxsi Şəbəkə (VPN) həllindən istifadə etmək olduqca vacibdir. - Kiber təhlükəsizlik xəbərləri haqqında məlumatlı olun.
Son dövrdə baş verən kiber təhdidlər və təhlükəsizlik hadisələri barədə məlumat sahibi olmaq, dələduzların istifadə etdiyi taktikaları və özünüzü necə qoruyacağınızı başa düşməyinizə kömək edir. Bunun üçün kiber təhlükəsizliyə yönəlmiş forumları, alt dizinləri və sosial media qruplarını izləyərək özünüzü müdafiə etmək üçün ən yaxşı təcrübələr haqqında real vaxtda məlumatlar öyrənə bilərsiniz. - Davamlı qorunma üçün üstün təhlükəsizlik həllərini seçin.
Müasir dövrdə manipulyasiya texnikalarında ustalaşan dələduzlar, hətta kiber təhlükəsizlik mütəxəssislərini belə aldada bilirlər. Nüfuzlu bir təhlükəsizlik həllindən istifadə edilməsi, xüsusilə diqqətiniz dağınıq olduqda, zərərli proqramlardan tutmuş fişinq hücumlarına qədər geniş çeşidli kiber təhdidlərə qarşı hərtərəfli qoruma təmin edir.