Linux

Kernel və Distro anlayışı

Linux əməliyyat sistemini təşkil edən ən vacib iki hissələr

Kernel və Distro (Distribution) anlayışı
Linux əməliyyat sistemini təşkil edən ən vacib iki hissələr– Kernel və Distro – fərqli funksiyalar yerinə yetirir, lakin birlikdə işləyərək userlərə tam əməliyyat sistemi təqdim edirlər. Bu konsepsiyaları daha dərindən araşdıraraq, onların necə işlədiyini və nə üçün vacib olduqlarını öyrənək.

Tez-tez eşitdiyimiz kernel nədir ?

Kernel əməliyyat sisteminin əsas komponentidir və hər bir əməliyyat sisteminin işləməsi üçün mütləq tələb olunur. Kernel kompüterin aparat hissəsi (hardware) ilə istifadəçi səviyyəsində işləyən proqram təminatı arasında vasitəçi rolunu oynayır.

Kernelin əsas funksiyaları aşağıdakı kimidir

Komputer  və Proqram arasında vasitəçilik edilməsi

İstifadəçi proqramları (məsələn, brauzerlər, media pleyerlər) birbaşa aparatla əlaqə qura bilmir. Kernel bu proqramların tələb etdiyi resursları aparat səviyyəsində təmin edir.

 

Sorğuların idarə edilməsi prosesi

Kernel eyni vaxtda bir neçə prosesin işləməsinə imkan yaradır. Hər bir proses üçün CPU vaxtını və prioritetləri idarə edir.

Multitasking Yəni birdən çox işi eyni anda görmək qabiliyyətidir(çox vəzifəli rejim) kernel vasitəsilə mümkündür.

 

Yaddaş İdarəetməsi Ram,Swap haqqında

Kernel fiziki və virtual yaddaşı idarə edir. Hər bir proses üçün lazım olan yaddaş resurslarını təmin edir və sistemdə mövcud RAM-ın səmərəli istifadəsini təşkil edir.

Swap istifadə edərək diski virtual yaddaş kimi idarə edir.

 

Linux distrolarda əsaslarını təşkil edənlərdən biridə fayl sistemi İdarəedilməsidir

Kernel müxtəlif fayl sistemlərini dəstəkləyir (məsələn, ext4, NTFS, FAT32). Faylların saxlanılması, oxunması, yazılması və silinməsi üçün əsas mexanizmləri təmin edir.

Komputerin idarə edilməsi üçün

Bütün komputer ehtiyyat qurğuları (məsələn, klaviatura, printer, sərt disk) kernel vasitəsilə idarə olunur. Komputerin driverləri  (device drivers) kernelə inteqrasiya olunaraq qurğuların düzgün işləməsini təmin edir.

Təhlükəsizlik və İcazələrin təmin edilməsi

Kernel əməliyyat sisteminin təhlükəsizliyini təmin edir, istifadəçilər və proseslər üçün icazələr təyin edir. Hər bir proses yalnız ona icazə verilmiş resurslara və fayllara giriş edə bilər.

Distro (Linux Distribution) nədir?

Distro Linux Kernelinin üstündə qurulmuş əməliyyat sistemlərinin tam paketidir. Kernel yalnız aparatla əlaqə və aşağı səviyyəli idarəetmə funksiyalarını yerinə yetirir. Lakin istifadəçilərə tam əməliyyat sistemi təqdim etmək üçün əlavə proqram təminatları və utilitlər lazımdır. Distro, bu komponentləri birləşdirərək istifadəçi dostu bir mühit yaradır.

Distro tərkibi hissələri hansılardır?

Linux Kernel: Əsas funksiyaların yerinə yetirilməsi üçün.

GNU Toll-lları və Kitabxanaları aşağıdakı kimidir

Əsas komandalar və sistem komandaları (məsələn, ls, cp, grep).

Bash Shell kimi terminal interfeysidir.

 

Paketlərin idarəedilməsi  sistemləri

İstifadəçi proqramlarının quraşdırılması, yenilənməsi və idarə edilməsi üçün.

Nümunədə göstərildiyi kimi olacaq

Debian/Ubuntuapt

Fedora/Red Hatdnf, yum

Arch Linuxpacman

Desktop mühitləri (GUI) yəni masa üstü versiyaları

İstifadəçilər üçün qrafik interfeys təmin edir.

Misallar: GNOME, KDE Plasma, XFCE.

 

  Əsas yükləmə üçün proqramlar 

Veb brauzerlər (Firefox, Chrome), ofis paketləri (LibreOffice), media pleyerlər və digər tətbiqlər.

 Təhlükəsizlik üçün mütləq əməl etməli olduğunuz qaydalar olacaq

Firewall, SELinux, AppArmor kimi sistemlərin təhlükəsizliyini artıran komponentlər.

Populyar Linux-a aid distrolar haqqında cədvəldə tanış ola bilərik

Distronun adı
Hansı özəllikləinə sahibdirlər
Ubuntu
Yeni istifadəçilər üçün rahat, geniş proqram dəstəyi, mütəmadi yeniliklər.
Fedora
Ən yeni texnologiyalar və paketlər, Red Hat-ə əsaslanır.
Debian
Sabitlik və uzunmüddətli dəstək, serverlər üçün ideal.
Arch Linux
Minimalist və tam özelleştirilə bilən, yalnız istifadəçinin seçdiyi komponentlərlə.
Kali Linux
Təhlükəsizlik testləri və penetrasiya testləri üçün nəzərdə tutulmuşdur.
RHEL
Korporativ mühitlər üçün stabil və təhlükəsiz, uzunmüddətli dəstək.

Kernel və Distro arasındakı əlaqəalar aşağıdakı kimi olmalıdır. Yəni komputeriniz ilkin açılan zaman kernelin əməliyyat sistemi ilə birgə işləməsi laızmıdr ki, ƏS düzgün xətasız açılsın

Kernel əməliyyat sisteminin texniki nüvəsini təşkil edir və aparat səviyyəsində idarəetməni təmin edir. Distro isə bu kernelin üzərində müxtəlif proqram komponentlərini birləşdirərək istifadəçi üçün tam işlək bir əməliyyat sistemi təqdim edir.

Hansı xüsusiyyətləi var
Kernel
Distro
Funksiya
Komputer və proqram arasında əlaqə qurur.
Tam əməliyyat sistemi təqdim edir.
Komponentlər
Yalnız nüvə funksiyalarını təmin edir.
Kernel + alətlər + paket idarəetmə + GUI və s.
Sahibi kimidr
Linus Torvalds və Linux icması.
Müxtəlif icmalar və ya şirkətlər (Ubuntu, Fedora və s.).
GUİ
Yoxdur, əsasən texniki səviyyədə işləyir.
İstifadəçi dostu interfeys və proqramlar təqdim edir.

Sonda isə fərqləri tam anlamaq üçün baxmaq olar

Kernel Linux əməliyyat sisteminin texniki nüvəsidir, aparat və proqram təminatı arasında əlaqə yaradır.

Distro isə Kernel üzərində qurulmuş tam bir əməliyyat sistemidir və istifadəçilərə rahat işləmək üçün lazımi komponentləri təqdim edir.

Bu iki anlayış birlikdə Linux-un gücünü və daha cəldliyi  təmin edir. Distrolar müxtəlif istifadəçi qruplarının tələblərinə cavab verərək Linux-un geniş yayılmasını təmin edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button