HDD-dən (Hard Disk Drive) silinmiş faylları bərpa
HDD-dən (Hard Disk Drive) silinmiş faylları bərpa etmək mümkündür, çünki fayl silinərkən məlumat tamamilə yox olmur. Fayl sistemində həmin faylın yerləşdiyi sahə “boş” kimi qeyd olunur, lakin məlumat sahəsi (verilənlər) disk üzərində qaldığı müddətcə bərpa edilə bilər. Bu prosesin necə baş verdiyini və hansı üsullardan istifadə olunduğunu ətraflı şəkildə izah edək.
Fayl silindiyi zaman, fayl sistemində onun haqqında məlumat olan “pointer” (istinad) və ya indeks silinir. Bu, faylı fiziki olaraq diskdən silmir, sadəcə faylın yerləşdiyi sahəni “boş” kimi işarələyir.Yeni məlumat yazılmadığı müddətcə həmin sahədə əvvəlki məlumat saxlanılır və bərpa edilə bilər.Bəs bərpa prosesi necə olur?Silinən məlumatlar üzərinə yeni məlumat yazılmasa, bərpa şansı artır. Diskdə yeni məlumat yazılması, silinən məlumatların üzərinə yazılaraq onları qalıcı şəkildə itirə bilər. Mümkün qədər tez diskin istifadəsini dayandırın. Diskdə əməliyyatlar aparmaq bərpa prosesini çətinləşdirə bilər.
Faylların bərpa üsullarına abxış keçirək.Müxtəlif proqram vasitələri HDD-dən silinmiş məlumatları bərpa etmək üçün istifadə olunur. Linux distrolarında testdisk Fayl sistemini bərpa etmək və itmiş bölmələri tapmaq üçün istifadə olunur. Bu proqram xüsusilə fayl sisteminin strukturuna zərər vurulmuş hallarda effektivdir. Digəri isə photorec Əsasən şəkillər və digər fayl formatlarını bərpa etmək üçün istifadə olunur. Fayl sistemindən asılı olmayaraq, məlumat sahələrini skan edərək faylları bərpa edir.Windows sistemlərində isə Recuva,EaseUS Data Recovery Wizard,R-Studio,Disk Drill Windows sistemləri üçün sadə və istifadəsi asan bərpa vasitəsidir.Digər bərpa üsulu isə Hex Editor ilə manual yol ilə aparılır. Peşəkar istifadəçilər məlumatı bərpa etmək üçün hex editorlardan istifadə edə bilərlər. Bu metod daha texniki bilik tələb edir, çünki məlumat bloklarını və fayl strukturlarını əllə axtarmaq lazım gəlir.
Əgər məlumat ehtiyat nüsxə (backup) ilə qorunubsa, həmin nüsxədən istifadə edərək məlumatları asanlıqla bərpa edə bilərsiniz.Linux-da rsync və tar ehtiyat nüsxə yaratmaq üçün istifadə olunur.Windows-da System Restore və File History funksiyaları məlumatların bərpasında köməkçi ola bilər.Əgər məlumat fiziki zədələnmiş bir diskdən silinibsə, məlumat bərpa mərkəzlərinə müraciət edə bilərsiniz. Onlar xüsusi laboratoriya şəraitində diskdən məlumatları bərpa edirlər. HDD-dən silinmiş faylların bərpası, düzgün vasitələr və metodlardan istifadə edildikdə yüksək uğurla nəticələnə bilər. Ancaq ən yaxşı nəticələr üçün silinmədən sonra tez hərəkət etmək və diski mümkün qədər az istifadə etmək lazımdır. Əgər peşəkar yardım tələb olunursa, məlumat bərpa xidmətlərinə müraciət etmək tövsiyə edilir.
Linux üçün proqramlar Açıq mənbəli, güclü bir bərpa proqramıdır.Bölmələrin bərpası və fayl sisteminin təmiri üçün effektivdir faylları geri qaytarmaqda və silinmiş bölmələri tapmaqda faydalıdır. Proqramı yüklə
EXT3 və EXT4 fayl sistemlərində silinmiş faylları bərpa etmək üçün istifadə olunur.
Windows üçün proqramlar Sadə interfeysi olan istifadəçi dostu bir proqramdır.HDD, USB və SD kartlarda silinmiş faylları bərpa edir.Pulsuz versiyası əksər ehtiyacları ödəyir