ELK Stack (Elastic Stack) üçün istifadə ssenariləri çox genişdir və müxtəlif sahələrdə məlumatların təhlili, izlənməsi və vizuallaşdırılması üçün effektiv bir həll təqdim edir. Bu alətlər toplusu, əsasən Elasticsearch, Logstash, Kibana və Beats komponentlərindən ibarət olur. Bu komponentlər müxtəlif məlumatları toplayır, emal edir və analiz edir, həmçinin bu məlumatları vizual şəkildə təqdim edir.Aşağıda ELK Stack-ın müxtəlif istifadə ssenariləri barədə məlumat verilmişdir
1. Sistem və Server Monitorinqi Ssenari sistemdəki fəaliyyətləri izləmək və səhvləri tez tapmaq üçün istifadə olunur.
- Server və şəbəkə loqlarını toplayaraq sistemin vəziyyətini izləmək.
- Yüksək yüklər, səhvlər və potensial sistem çökmələrinin aşkarlanması.
- Məlumatların vaxtında təhlil edilməsi və təhlükəsizlik risklərinin önlənməsi.
Gəlin sizinlə birgə necə işlədiyinə birgə baxaq.Beats və ya Logstash serverlərdən loq məlumatlarını toplayır,Elasticsearch bu məlumatları indeksləyir və sürətli axtarış imkanı təmin edirKibana isə sistemin vəziyyətini göstərən vizual dashboard-lar təqdim edir.
2. Təhlükəsizlik eventlərinin təhlili və izlənməsi
Ssenari üzrə təhlükəsizlik mütəxəssisləri şəbəkə hücumlarını, anomaliyaları və digər təhlükəsizlik hadisələrini izləyirlər.Şəbəkə trafikini, server loglarını və digər təhlükəsizlik məlumatlarını təhlil edərək anomaliyalara və hücuma qarşı erkən xəbərdarlıq almaq və Kibertəhlükəsizlik komandaları üçün real zamanlı monitorinq və xəbərdarlıq sistemləri qurmaq üçün
- Beats və Logstash şəbəkə loqlarını və təhlükəsizlik məlumatlarını necə toplayır
- Elasticsearch məlumatları analiz edir və şübhəli fəaliyyətləri tapır.
- Kibana təhlil nəticələrini təhlükəsizlik komandalarına təqdim edən interaktiv dashboard-lar təqdim edir.
3. Tətbiq və proqram performansının monitorinqi
Ssenariyə baxdıqda Web tətbiqlərinin, API-lərin və digər proqramların performansını izləmək.Nə üçün istifadə olunuduquna baxdıqda
- Tətbiq və xidmətlərin performansını izləmək, istifadəçi təcrübəsini yaxşılaşdırmaq və səhvləri sürətlə tapmaq.
- Proqramlardakı səhvləri, istənməyən davranışları və sistemin performansını anında təhlil etmək.
Necə işlədiyinə baxdıqda Beats tətbiq loglarını toplayır və Logstash vasitəsilə onları formatlayır.
Elasticsearch bu məlumatları saxlayır və sürətli analizlər üçün hazırlayır və Kibana ilə interaktiv şəkildə istifadəçi fəaliyyətləri, səhv mesajları və performans metrikləri vizuallaşdırılır.
Üstünlüklərinə baxdıqda açıq mənbə (open-source) və pulsuzdur.
Çoxlu məlumat mənbələrini dəstəkləyir.
Sürətli axtarış və genişlənə bilən infrastruktur təmin edir.
İstifadəçi dostu interfeys təqdim edir.
ELK Stack məlumatların toplanması, emalı və vizuallaşdırılması üçün güclü bir platformadır. O, IT mütəxəssisləri, təhlükəsizlik komandaları və biznes analitikası üçün çox faydalıdır. Əgər siz də logların təhlili və məlumatların vizuallaşdırılması ilə maraqlanırsınızsa, ELK Stack-ı öyrənmək mütləq faydalı olacaq!