Dual Boot sistemdə əməliyyat sistemini necə silmək olar?
Dual Boot sistem, eyni kompüterdə iki (və ya daha çox) əməliyyat sisteminin birgə istifadəsini təmin edir. Lakin bəzən istifadəçi artıq istifadə etmədiyi bir əməliyyat sistemini silmək istəyə bilər. Bunun ün çox ehtiyatlı yanaşma və düzgün addımlar tələb olunur. Bu məqalədə, Dual Boot sistemdə əməliyyat sistemini silmək üçün addım-addım yol göstəriləcək.
Diqqət: Dual Boot sistemdə əməliyyat sisteminin silinməsi bir az vaxt və diqqət tələb edir, amma yuxarıda qeyd olunan addımlar izlənildiyi halda proses rahatlıqla həyata keçirilə bilər. Hər zaman məlumatları ehtiyat nüsxə etməyi unutmayın və diqqətlə davranaq!
Vacib fayllarınınızı backup edin. Silmək istədiyiniz əməliyyat sistemində olan vacib faylları başqa bir diskə və ya bulud saxlamasına köçürün. Bu proses zamanı hər hansı bir səhvin qarşısını almaq üçün nüsxələmə vacibdir.Siləcəyiniz əməliyyat sisteminin harada yerləşdiyini məyyən etmək ün Disk İdarəetmə (Windows) və ya GParted (Linux) kimi vasitələrdən istifadə edin Windows-da silmək üçün “Disk Management” (“Disk İdarəetmə”) vasitəsini açın klaviyaturada Windows + R düymələrini basın “diskmgmt.msc” yazın və Enter düyməsini basın.Burada disklərin və partisiyaların siyahısını görəcəksiniz. Silinməli əməliyyat sisteminin partisiyasını tanın.
Linux-da isə Terminalda lsblk və ya fdisk -l komandasından istifadə edərək disk strukturunu təyin edin.Alternativ olaraq, GParted kimi qrafik interfeys alətlərindən istifadə edin.
Növbəti isə bootloader problemlərinin qarsısını alın Dual Boot sistemdə əməliyyat sisteminin silinməsi Bootloader problemi yarada bilər. Bootloader, kompüter işə düşdükdə hansı əməliyyat sistemini yükləmək lazım olduğunu məyyən edir. Aşağıdakı hallara diqqət yetirin GRUB istifadə olunursa Linux partisiyası silinmədən əvvəl GRUB-u yenidən konfiqurasiya edin
sudo update-grub sudo grub-install /dev/sda
Windows Boot Manager istifadə olunursa Windows-da Boot Manager-i bərpa etmək üçün aşağıdakı addımları izləyin
- Windows quraşdırma diskini və ya bərpa alətini işə salın.
-
“Repair your computer” seçimini seçin
- Terminalda aşağıdakı komandaları daxil edin
bootrec /fixmbr bootrec /fixboot
Əməliyyat sisteminin yerləşdiyi partitionu silmək üçün aşağıdakı addımlara icra edin
Windows-da “Disk Management” daxilində silinməli partitiona sağ klikləyin.“Delete Volume” (“Həcmi sil”) seçin. Silinmiş sahəni ya yeni bir partisiyaya bölün, ya da mövcud digər sahəyə birləşdirin.
Linux-da isə silmək üçün GParted proqramından istifadə edərək silinməli olan partisiyanı seçin. “Delete” seçin və “Apply”düyməsini basın.
Disk strukturunun yenidən qurulması üçün silinmiş əməliyyat sistemindən boş qalan disk sahəsini idarə etmək ün Yeni bir partisiyanı yaradın.Boş sahəni başqa mövcud partitionu birləşdirin.Linux istifadəçiləri ün terminal vasitəsilə resize2fs və ya parted tool-dan istifadə edə bilərsiniz. Son olaraq isə kompüteri yenidən başladın və bootloader-ın düzgün işlədiyinə əmin olun. Faylların və disk strukturunun tam olduğunu yoxlayın.